31 oktyabr 2014 00:15

Georgi Çixradze: Hakimin penalti qərarı doğru idi

"Simurq"un baş məşqçisi Georgi Çixradzenin azerisport.az saytına müsahibəsi

- AZAL ilə 4 qolluq oyundan sülhlə ayrıldız. Təəssüratlarınız necədi?
- Bu oyunu iki fərqli hissəyə ayırmaq olar. Birinci hissədə uğurlu çıxış etdik, çox fəal idik. Qol vurduq, ondan sonra da imkanlarımız var idi. Qol vəziyyətlərindən yararlana bilməməyimiz rəqibin iki qol vuraraq önə keçməsinə səbəb oldu. Çətin vəziyyət yaranmışdı. Xoşbəxtlikdən sonda hesabı bərabərləşdirməyi bacardıq. Fikrimcə, hesab oyuna görə oldu.

- Rəqib ilk qolu penaltidən vurdu. Adətən, belə oyunlardan sonra baş məşqçilər xal itkisində hakimləri qınayır. Bəs siz?
- Orada penalti var idi. Qərarla razıyam.

- Razısız ki, sizin də hesabı bərabərləşdirməyinizə rəqib qapıçı "kömək etdi"?
- Əli Gökdəmirin uzaqdan çox yaxşı zərbələri var. Məşqlərdə də bunu görürük. Qapıçılar üçün belə zərbələrə reaksiya göstərmək çox çətindi. Onun bu oyundakı zərbəsinin də trayektoriyası qapıçı üçün çətin idi.

- Qısa zaman kəsiyində növbəti matça çıxmaq çətin deyildi?
- Düzünü deyim ki, xüsusi bir fərq yox idi.

- Amma bu həftə sizi daha bir oyun gözləyir...
- Bu vəziyyət çempionatın bütün iştirakçılarına aiddi. Belə qrafiklə tək biz oynamırıq.

- "Xəzər Lənkəran"la oyundan nə gözləyirsiz?
- Komandaların şanslarını dəyərləndirməyi xoşlamıram. Hazırda Bakıdayıq. Zaqatalaya bilərəkdən qayıtmadıq ki, uzun səfərlərdə əlavə vaxt itirməyək. Lənkərana birbaşa paytaxtdan gedəcəyik.

- Birinci dövrəni necə dəyərləndirərdiz?
- Qeyri-qənaətbəxş saymaq olar. Xeyli xal itirdik. Bunun da obyektiv və subyektiv səbəbləri vardı. Məsələn, Draqan Çeranın 4 oyunluq cəzalanması, bəzi futbolçuların zədələnməsi. 3-4 xal daha çox toplaya bilərdik.

- Son oyunlarınızda Rəşad Eyyubov özünü yaxşı tərəfdən göstərə bilir və artıq 6 qolla bombardirdi. Amma yerli futbolçular kiçik bir uğur göstərən kimi, tempi aşağı salırlar...
- Biz Rəşadla danışmışıq. Onun arxayınlaşmasını istəmirik. Üzərində daha çox çalışmasını istəyirik. Amma əldə etdiyi uğurlar da qeyd olunmalıdı. Belə davam etməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.