30 oktyabr 2014 01:00

Mirhüseyn Seyidov: Böyükağa Hacıyevlə hələ də əlaqə saxlayıram

"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun azerisport.az saytına müsahibəsi

- "Bakı" üzərində qələbə barədə nə deyə bilərsiz?
- Çətin oyun oldu. Amma belə olacağını bilirdik. Jabanı qaytarmaqla "Bakı" keçmiş günlərini xatırlatmağa çalışır. Heyətlərində perspektivli futbolçuları da çoxdu. Sadəcə, bizə 3 xal çox lazım idi və şadam ki, qələbə qazana bildik.

- Birinci hissədəki zəif oyununuzun səbəbi nə idi?
- İlk yarıda biz doğrudan da yaxşı təsir bağışlamadıq. Həm də rəqib son dövrlər yaxşı oyun sərgiləyir. Nəticələri də bunu isbatlayır. Buraxılan qoldan sonra doğrudan da xal itirəcəyimizə dair düşüncələr yaranmağa başladı. Amma uşaqlara halal olsun, qələbə qazanmağımız üçün hər şeyi etdilər.

- "Neftçi"nin sabit oyun sərgiləyə bilməməsi baş məşqçi dəyişikliyi ilə əlaqədardı?
- Hər bir məşqçinin öz fəlsəfəsi, oyun üslubu olur və futbolçuların da buna alışması zaman alır. Fikrimcə, zamanla bizim də oyunumuz yaxşılaşacaq. Oyunumuzda inkişaf var.

- Böyükağa Hacıyev üçün darıxmırsız?
- Gizlətmirəm, hərdən əlaqə saxlayırıq. İşlərinin necə olduğunu soruşuram. Axı yerliyik.

- Əvəzedici heyətdən yeni qayıdan Araz Abdullayevin oyununu bəyəndiz?
- Hə, o, bu gün qələbə üçün çox şey etdi. Olanları yada salmaq lazım deyil. Hər şey artıq geridə qalıb. Araz səhvini etiraf etdi və onu başa düşdülər.

- "Neftçi"nin bu mövsüm çempion olması nə dərəcədə realdı?
- Hələ bu barədə danışmaq çox tezdi. Qışda toplanış, transferlər olacaq. Yalnız ondan sonra nəsə danışmaq olar.

- Nikolas Kanalesin oyunu barədə nə deyə bilərsiz?
- O, hələ əvvəlki formasından uzaqdı. Amma əminəm ki, zamanla öz oyununu tapacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.