30 oktyabr 2014 00:45

Turanın sabiq oyunçusu çempionatımızda danışılmış oyundan danışdı

"Turan"ın sabiq yarımmüdafiəçisi Valeri Onile Azərbaycan karyerasından danışıb. Azerisport.az xəbər verir ki, o, Moldova mətbuatına açıqlamasında o, maraqlı açıqlama verib:

"Bizi "Neftçi"nin sabiq baş məşqçisi (Nizami Sadıqovu nəzərdə tutur) çalışdırırdı. Oyunların birində onun keçmiş komandasını qonaq edirdik. Onlar çempionluq uğrunda mübarizə aparırdılar. Bizə öncədən oyunu uduzacağımıza dahir heç bir söz deməmişdilər. Amma oyuna çıxarılan start heyət hamını təəccübləndirmişdi. Çünki meydana çıxanların çoxu əvəzedici heyətdə olanlar, oynamayanlar idi. Ən maraqlısı onda idi ki, ilk hissədən sonra biz 2:0 öndə idik. Paltardəyişmə otağına gedəndə gördük ki, baş məşqçimiz rəngi qaçmış halda oturub. O, bizə dedi ki, "uşaqlar, kömək edin, bu gün uduzmalıyıq, amma heç kimi şübhələndirməmək şərtilə". Nəticədə, biz həmin oyunu 2:3 hesabıyla uduzduq (xatırladaq ki, sözügedən matç 2009-cu ilin 5 dekabr tarixində baş tutub). Təbii ki, təcrübəli futbolçular meydana çıxıb, bu "şou"da iştirak etmək istəmirdilər. Onlar baş məşqçiyə etirazlarını da açıq-aşkar bildirdilər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.