30 oktyabr 2014 00:15

Zirvə mübarizəsi qızışdı

Topaz Premyer Liqasında 2-ci dövrəyə start verildi. Azerisport.az xəbər verir ki, yeni dövrənin ilk turun oyunları hamısı eyni gündə baş tutdu.

Çempionatın aşkar autsayderinə çevrilən "Araz Naxçıvan" ikinci dövrəyə də məğlubiyyətlə başladı. Doğma meydanda "Qəbələ" ilə qarşılaşan Əsgər Abdullayevin komandası uğursuz gedişata son qoymaq üçün çox çalışsa da, 20-ci dəqiqədə buraxılan yeganə qolun əvəzini çıxa bilmədi. Nəticədə, "Qəbələ" ilk dövrədə olduğu kimi, bu dəfə də naxçıvanlıları minimal hesabla qələbə ilə məğlub etdi. Bu qələbə ilə Dorinel Muntyanunun komandası liderlər qrupuna bir qədər də yaxınlaşmış oldu.

Bu görüşlə eyni vaxtda paytaxt derbisi keçirildi. "Bakı" öz meydanında "Neftçi"ni qəbul etdi. İlk dövrədə minimal hesablı məğlubiyyətlə üzləşən "zolaqlılar" bu dəfə həmin yenilginin qisasını almaq, aradakı xal fərqini minimuma endirmək istəyindəydi. Amma Arif Əsədovun komandası bu dəfə də özündən qat-qat zəif rəqibinə belə bir imkan vermədi. Düzdü, "Bakı" buraxdığı ilk qoldan sonra hesabı bərabərləşdirməyə nail oldu. Lakin sonrakı iki qola cavab vermək mümkün olmadı və "Neftçi" növbəti qələbəsini qazanaraq, ikinci pilləyə şərik oldu.

Cari mövsümə çox yaxşı başlayan, ardından isə məğlubiyyətləri sıralayan "Sumqayıt" bu turda "Xəzər Lənkəran"la qarşılaşdı. Aqil Məmmədovun komandası nə qədər baxımlı futbol sərgiləsə də, xalsızlıq sindromuna son qoya bilmirdi. Cənubluları ilk dövrədə səfərdə məğlub etmiş sumqayıtlılar nəhayət, bu görüşdə müsbət nəticəyə ümid edirdi. Amma onların bu dəfə də bəxti gətirmədi. Buraxılan qolun əvəzini çıxmağı bacaran "Sumqayıt" çox cəhd göstərsə də, bəxtsizlik növbəti məğlubiyyəti qaçılmaz etdi. "Xəzər Lənkəran" isə bu qələbə sayəsində "Sumqayıt"ı qabaqlamağa nail oldu.

Çempionatın daha bir uğursuzu - AZAL hesabat turunda "Simurq"u qəbul etdi. Tərlan Əhmədovun komandası erkən qolla hesabda geri düşsə də, ikinci hissədə daha üstün oyun sərgiləyərək, hətta qələbə qazanmağa da yaxın oldu. Amma qonaqların matça əlavə olunmuş dəqiqələrdə vurduğu qol qarşılaşmanın heç-heçə ilə bitməsinə səbəb oldu. Bu bir xal "Simurq"u beşinci pillədə saxlasa da, "təyyarəçilər" hələ də turnir cədvəlinin alt sıralarındadılar.

Nəhayət, turun qapanış və mərkəzi oyununda lider "Qarabağ"la əsas izləyicisi "İnter" üz-üzə gəldi. "Atlılar" bu qarşılaşmada liderliyi qorumaq istəyindəydilər. Bunun üçün hətta 1 xal da yetərli olacaqdı. "Bankirlər" isə məğlub olacağı halda 4-cü pilləyə düşə bilərdi. Çünki qələbə qazanan "Qəbələ" və "Neftçi" xal ehtiyatına görə bu komandanı qabaqlamışdı. İddialıların 90 dəqiqə ərzində qapılara qol vura bilməməsi qarşılaşmanın bəlkə də zirvə uğrunda mübarizə aparan bütün komandalara sərfəli olan heç-heçə ilə bitməsinə şərait yaratdı. Nəticədə, Ağdam klubu zirvədə qaldısa, "bankirlər" də ikinci pillədəki mövqeyini qorudu.

Hazırda Topaz Premyer Liqasının üst pillələrində gərginlik diqqət çəkir. 17 xala malik üç komanda liderdən cəmi 1 xal geri qalır. Baxmayaraq ki, onlardan ikisinin - lider "Qarabağ"la "Neftçi"nin ehtiyatda da bir oyunu var. Hətta "Simurq"la "Xəzər Lənkəran"ı da liderlər qrupundan çox xal ayırmır.

Topaz Premyer Liqası
10-cu tur

Araz Naxçıvan - Qəbələ 0:1
Qol: Pavol Farkaş, 20.
Sarı vərəqələr: Ramal Hüseynov, 19 (qeyri-idman hərəkəti). Tərlan Xəlilov, 65 (qeyri-idman hərəkəti). Aqil Nəbiyev, 69 (perspektivli hücumun qarşısını kəsdiyinə görə) - Adrian Ropotan, 51 (qeyri-idman hərəkəti). Ruslan Tağızadə, 64 (qeyri idman hərəkəti). Ekiqo Ehiosun, 82 (oyunun bərpasını ləngitdiyinə görə).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 4 dəq.
29 oktyabr 2014. Saat 14:00. Naxçıvan Muxtar Respublika stadionu, 4600 tamaşaçı.

Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 3. Əlimirzə Daşzərini, 4. Emin Cəfərquliyev, 6. Budaq Nəsirov, 7. Ramal Hüseynov (5. Cavid Həsənov, 46), 8. Elmin Çobanov (19. Tərlan Xəlilov, 46), 11. Sergey Selyuk (15. Ruslan Nəsirli, 75), 13. Aqil Nəbiyev, 16. Kamil Hüseynov, 17. Bəxtiyar Soltanov, 21. David Janelidze.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 2. Tural Hümbətov, 24. Azər Məmmədov, 44. Saşa Yunisoğlu.
Baş məşqçi: Əsgər Abdullayev.
Qəbələ: 1. Kamran Ağayev (k), 10. Dodo, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (4. Elvin Camalov, 77), 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto (9. Viktor Mendi, 67), 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 44. Rafael Santos, 88. Müşfiq Teymurov (5. Sadiq Quliyev, 81), 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 8. Vidal Kunya Markus, 11. Andrey Kristya, 12. Aleksandru Benqa.
Baş məşqçi: Dorinel Muntyanu.

Bakı - Neftçi 1:3
Qollar: Nurlan Novruzov, 55 - Julius Vobay, 38. Araz Abdullayev, 62. Kaue da Silva, 85.
Sarı vərəqələr: Nurlan Novruzov, 65 (hakim qərarına etiraz etdiyinə görə). Əziz Quliyev, 67 (qeyri-idman hərəkəti). Jaba, 70 (qeyri-idman hərəkəti) - Erik Ramos, 60 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
29 oktyabr 2014. Saat 14:00. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 200 tamaşaçı.

Bakı: 1. Aqil Məmmədov, 21. Elşad Manafov, 22. Risto Ristoviç (9. Raul Yaqubzadə, 88), 18. Əziz Quliyev, 5. Georgios Palagios, 30. Cəmşid Məhərrəmov, 8. Lukas Mario Horvat (k), 7. Nuran Qurbanov (15. Azad Kərimov, 79), 85. Jaba, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov (45. Mahir Mədətov, 46).
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 20. Valeh Seyidov, 4. Ülvi Süleymanov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
Neftçi: 1. Emil Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 7. Araz Abdullayev, 10. Julius Vobay (9. Flavinyo, 77), 11. Nikolas Kanales (18. Kaue da Silva, 69), 14. Elnur Allahverdiyev, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov (k) (23. Ruslan Qurbanov, 60), 27. Məqsəd İsayev, 90. Erenst Nfor.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 5. Elvin Yunuszadə, 8. Elşən Abdullayev, 21. Samir Məsimov.
Baş məşqçi: Arif Əsədov.

Sumqayıt - Xəzər Lənkəran 1:2
Qollar: Məhəmməd Qurbanov, 43 - Fernando Qabriel, 26. Alfred Sankoh, 65.
Sarı vərəqələr: Tagim Novruzov, 48 (sistematik qayda pozuntusuna görə) - Elnur Abdullayev, 58 (qeyri-idman hərəkəti). Rahid Əmirquliyev, 79 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 3 dəq.
29 oktyabr 2014. Saat 16:00. Sumqayıt. “Kapital Bank Arena”. 1500 tamaşaçı.

Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 6. Tagim Novruzov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev (77. Təvəkkül Məmmədov, 34), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov (86. Fərid Quliyev, 68), 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 11. Kiyan Sultanpur, 45. Murad Ağayev, 92 Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara (99. Deyan Blajevski, 90+3), 8. Qalin İvanov (97. Elnur Cəfərov, 77), 11. Rauf Əliyev, 13. Aleksandr Şemonayev, 14. Rahid Əmirquliyev (k), 27. Adrian Skarlatake, 28. Fernando Qabriel (10. Elnur Abdullayev, 57), 63. Alfred Sanko.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 3. Vanderson Skarduelli, 18. Tural Cəlilov, 33. Rasim Ramaldanov.
Baş məşqçi: Oğuz Çətin.

AZAL - Simurq 2:2
Qollar: Rəşad Abdullayev, 57-pen. Eduardo Makiel, 80 - Samir Zərgərov, 15. Əli Gökdemir, 90+1.
Sarı vərəqələr: Oskar Klava, 48 (qeyri-idman hərəkəti). Şəhriyar Rəhimov, 73 (qeyri-idman hərəkəti) - Rüstəm Məmmədov, 56 (qeyri-idman hərəkəti). Tural Axundov, 76 (hakimin qərarına etiraz).
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.
29 oktyabr 2014. Saat 17:00. “AZAL Arena”.250 tamaşaçı.

AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Konseysao Eduardo, 12. Luis Ramos (17. Viktor  İqbekoyi, 89), 11. Con Kordoba (10. Tomi Kostadinov, 66), 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev, 7. Təmkin Xəlilzadə.
Baş məşqçi: Tərlan Əhmədov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov (13. Əli Gökdemir, 85), 10. Rəşad Eyyubov (9. Lukas Tresnak, 81), 11. Draqan Çeran, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov (25. Oruc Balaşlı, 90), 18. Tural Axundov, 20. İdan Vaytsman, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Patrik Osiako, 16. Məhərrəm Hüseynov, 33. Kənan Müslümov.
Baş məşqçi: Georgi Çixradze.

İnter - Qarabağ 0:0
Sarı vərəqə: Derlis Meza Kolli, 35 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə -yoxdur.; II hissədə 3 dəq.
29 oktyabr 2014. Saat 18:00. Bakı. “İnter Arena”. 2000 tamaşaçı.

İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsıyev (91. Coşqun Diniyev, 80), 11. Asif Məmmədov (80. Nizami Hacıyev, 68), 12. Franka Nildo, 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 27. Dieqo Madriqal (8. Mikel Alvaro, 63), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benites, 6. Slavco Georgiyevski, 10. Elvin Məmmədov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k) (8. İnnosent Emeqara, 63), 9. Reynaldo Silva, 10. Muarem Muarem (77. Cavid Tağıyev, 63), 17. Vüqar Nadirov (99. Namiq Ələsgərov, 73), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 18. İlqar Qurbanov, 41. Leroy Corc.
Baş məşqçi: Qurban Qurbanov.
 

1Qarabağ852114-817
2İnter944120-416
3Qəbələ942310-1114
4Neftçi84226-714
5Simurq941413-813
6Sumqayıt940511-1412
7Xəzər Lənkəran932411-911
8Bakı93157-1910
9AZAL82337-119
10Araz Naxçıvan81167-154

Bombardirlər:
6
- Rəşad Eyyubov (Simurq).
5 - Nurlan Novruzov (Bakı), Mikel Alvaro (İnter), Məhəmməd Qurbanov (Sumqayıt).
4 - Cavid Hüseynov (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.