29 oktyabr 2014 17:10

Amisulaşvili: Qarabağın Reynaldo və Emeqaradan başqa da yaxşı oyunçuları var

"İnter"in müdafiəçisi Aleksandr Amisulaşvilinin azerisport.az saytına müsahibəsi

- "Qarabağ"la oyundan nə gözləyirsiz?
- Biz meydana həmişə qələbə üçün çıxırıq. Nəyin necə olacağını isə oyunun özü göstərəcək. "Qarabağ" çox güclü rəqibdi, onlar hazırda yaxşı formadadılar.

- Reynaldo ilə Emeqaranı dayandırmaq çətin olmayacaq?
- Onların digər futbolçuları da yaxşıdılar. Bizə sadəcə, öz oyunumuzu sərgiləmək lazımdı. Rəqibə qarşı komanda oyunu sərgiləməklə uğur qazana bilərik, hansısa futbolçuya qarşı fərdi oynamaqla yox.

- Sizcə, Reynaldo deyildiyi qədər güclü futbolçudu?
- Mən ona qarşı bir dəfə oynamışam. Çox güclü futbolçudu. Məncə, o, hər oyunda eyni səviyyədə çıxış edir.

- Üç oyundu qələbə qazana bilmirsiz. "İnter"in nə problemi var?
- Bizdə heç bir problem yoxdu. Sadəcə, qol vura bilmirik. İmkanlar olsa da, son nöqtəni qoya bilmirik.

- "Bakı" üzərindəki 7:0 hesablı qələbədən sonra qələbəyə həsrətsiz. O görüşdən sonra arxayınlaşma yoxdu ki?
- Düşünmürəm. Sadəcə, bəxtimiz gətirmir.

- "Qarabağ"ın Ukrayna "Dnepr"i ilə oyununa baxmısız?
- Bəli. Əgər Bakıda da Kiyevdəki kimi çıxış etsələr, daha bir qələbə qazanacaqlar. "Dnepr" ağdamlıların qapısına heç zərbə də endirə bilmədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.