29 oktyabr 2014 17:00
Elnur Allahverdiyev: Mən Neftçidən pula görə getməmişdim
"Neftçi"nin müdafiəçisi Elnur Allahverdiyev Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Bakı" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çətin oyun oldu. Qələbə üçün darıxmışdıq. Şadam ki, bu gün qələbə qazana bildik. Vaxtilə mən "Neftçi"dən pula görə ayrılmamışdım. O vaxt məni komandanın baş məşqçisi olan Gede heyətdən kənarlaşdırmışdı".
