29 oktyabr 2014 13:00
Nazarov oynadı, Karlsrue uduzdu
Almaniya Kubokunda 2-ci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti oyununa çıxıb.
Onun komandası "Kikkers Offenbax"la üz-üzə gəlib və 0:1 hesablı məğlubiyyətlə üzləşib. Nazarov meydana 73-cü dəqiqədə çıxsa da, komandasının kubokda mübarizəni dayandırmasına mane ola bilməyib.
