29 oktyabr 2014 12:40
Yaşar Seyidov: Futbolçular hər şeyi başa düşdülər və Neftçiyə qarşı oynayacaqlar
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov komanda üzvlərinin Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçiriləcək "Neftçi" ilə oyuna çıxmaqdan imtina etdikləri barədə söhbətlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyun baş tutacaq. Biz futbolçularla söhbət etdik, başa saldıq ki, indiki vəziyyət heç də sabit deyil. Onlar hər şeyi başa düşdülər və bu gün "Neftçi"yə qarşı oynayacaqlar".
