29 oktyabr 2014 12:00
Lyuboslav Penev postunda qaldı
Bolqarıstan Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Nasko Sirakov bəyan edib ki, qurumun son toplantısında millinin baş məşqçisi Lyuboslav Penevin istefası heç müzakirə mövzusu olmayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Penevin qalıb-qalmaması ilə bağlı müzakirələr aparılmadı. Malta ilə oyuna 20 gün qalıb. Belə bir vaxtda baş məşqçi dəyişmək düzgün olmazdı. Həm də Lyuboslavla bağlı problem yoxdu".
Qeyd edək ki, Bolqarıstan AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla eyni qrupdadı.
