29 oktyabr 2014 11:50
İlqar Qurbanov: Qarabağ belə gərgin qrafikdə oynamağa alışmalıdı
"Qarabağ"ın yarımmüdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində qarşılaşacaqları "İnter"lə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə oyun hazırda bizim üçün ən vacib qarşılaşmadı. Hazırda Avropa Liqasının oyunları barədə düşünməyimiz düzgün olmazdı. Belə gərgin qrafikdə oynamağa alışmalıyıq. Peşəkarıq və hər şeyə hazır olmalıyıq".
