29 oktyabr 2014 00:25

Azərbaycan məğlub olsa da, AÇ-nin növbəti mərhələsində!

Belçikanın Eisden şəhərindəki “Patro Eisden” stadionunda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımız Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün və hər iki komandanın topladığı xallar bərabər olduğuna görə, turnir cədvəlində yığmaların mövqeyinin müəyyənləşdirilməsi məqsədilə oyunsonrası penalti seriyası təyin olunub. 11 metrlik zərbələri daha dəqiq vuran Bosniya və Herseqovina yığması 4:3 (ümumi nəticədə 5:4) hesabı ilə qalib gəlib.

Xatırladaq ki, millimiz ilk görüşündə Belçikaya 0:3 hesabıyla uduzmuş, İsveçrəyə 2:1 hesabıyla qalib gəlmişdi.

Komandamız qrupunda ilk iki yerdən birinə sahib çıxa bilməsə də, yığmamız ilkin seçmə mərhələdə ən yaxşı göstəriciyə malik üçüncü yeri tutmuş komandalardan biri kimi növbəti mərhələyə vəsiqə qazanıb.

U-17-lər arasında AÇ-nin ilkin seçmə mərhələsi

Bosniya və Herseqovina – Azərbaycan 1:1 (4:3 – pen.)
Qollar: Denis Zeriç, 11 - Orus İsmayılov, 26.
Penalti seriyası: Zinedin Mustedanagiç,  Mato Staniç, Seid Behram,  Ermedin Demiroviç - Ruslan Bediyev,  Ziya Əzizov, Qara Qarayev.
Qolla nəticələnməyən penaltilər: Denis Zeriç – qapıçı - Hacıağa Hacıyev – kənara, Xəyal Əmirli – qapıçı.
Sarı vərəqələr: Mato Staniç, 31, Zinedin Mustedanagiç, 38 - Xəyal Əmirli, 75.
Hakimlər: Rob Rogers (İrlandiya), Mark Gavin (İrlandiya), Florian Lemaire (Belçika), Jan Krieken (Belçika).
UEFA nümayəndəsi və hakim-inspektor: Emil Bozinovski (Makedoniya).
28 oktyabr 2014-cü il. Saat 19:00. Eisden (Belçika). Patro Eisden stadionu

Bosniya və Herseqovina: 1. Valentino Joviç, 2. Sandy Huşiç, 3. Branko Bajiç, 4. Mato Staniç, 5. Nikola Gavriç, 7. Amar Suljiç, (11. Ermedin Demiroviç, 51), 8. Denis Zeriç, 9. Ajdin Mujagiç, 10. Zinedin Mustedanagiç (k), 14. Mirza Mustafiç (18. Seid Behram, 51), 16. Mijo Miletiç.
Ehtiyat oyunçular: 12. Dino Çizmiç, 6. Toni Nikiç, 13. Sandi Ajaniç, 15. Besim Şerbeçiç, 17. Alen Deliç.
Baş məşqçi: Sakib Malkoceviç.
Azərbaycan: 1. Tural Osmanov, 2. Ruslan Bediyev, 5. Xəyal Əmirli, 6. Kazım Birkan, 7. Nicat Süleymanov, 8. Yusif Cəfərov (10. Ziya Əzizov, 80), 9. Qara Qarayev, 11. Orus İsmayılov (21. Fərid Nəbiyev, 78), 13. Hacıağa Hacıyev (k), 14. Kənan Zülfüqarov, 22. Amin Seydiyev (15. Emin Quliyev, 80+2).
Ehtiyat oyunçular: 12. İsmayıl Muradov, 16. Elçin Əsədov, 19. Ravil Yusifov.
Baş məşqçi: Mirbağır İsayev.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.