29 oktyabr 2014 00:10

Topaz Premyer Liqasının yubiley turunda zirvə döyüşü

Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünün 2-ci dövrəsinə start veriləcək. Azerisport.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

Dövrənin ilk oyun günü liderlər - “Qarabağ”la “İnter” arasında mərkəzi oyunla əlamətdar olacaq. Amma ikinci dövrənin açılış turunun qapanış matçından öncə digər oyunlar haqda söhbət açmaq istərdik.

Elitanın debütantı “Araz Naxçıvan” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək. İlk dəfə cari mövsüm qarşılaşan rəqiblər tarixlərində 1-ci dəfə Naxçıvanda qarşılaşacaq. İndiyədək baş tutan yeganə qarşılaşmada “Qəbələ” 1 qolla qalib gəlib. Naxçıvanlılar indi həmin yenilginin qisasını almağa çalışacaq. Amma bu, heç də asan olmayacaq. Çünki rəqib "Araz Naxçıvan"dan fərqli kifayət qədər güclü heyətə malikdi və iddiaları da böyükdü. Əsgər Abdullayevin komandası isə cari mövsümün aşkar autsayderinə çevrilib və bu oyunda da xal qazanması çox çətin görünür.

Bu oyunla eyni vaxtda “Bakı” “Neftçi”ni qəbul edəcək. Bu komandalar arasındakı 48-ci paytaxt derbisində favorit "Neftçi"di. Çünki maliyyə problemlərindən əziyyət çəkən, gənclərin ümidinə qalan "zolaqlılar"la müqayisədə "ağ-qaralar" hazırda da kifayət qədər güclü və iddialıdılar. Amma Arif Əsədovun komandasının asan qələbə qazanacağını da gözləməyə dəyməz. Hər halda bu heyətlə də bir neçə sürprizə imza atan, son turda AZAL üzərində qələbəyə sevinən İbrahim Uzuncanın yetirmələri "Neftçi"dən cəmi 4 xal az (10 xal) toplayıblar. Derbidə qalib gələcəkləri halda isə bu fərq minimuma da enə bilər. Paytaxt təmsilçiləri arasında son 5 oyunda meydan sahibi olan komanda qalib gəlir. Son iki görüşdə 1 qolla sevinən “Neftçi” ümumi balansda da böyük üstünlüyə malikdi. Belə ki, geridə qalan 47 oyunndan 27-də "ağ-qaralar", 11-də isə "zolaqlılar" 3 xalı bayram ediblər. Yerdə qalan 9 qarşılaşmada qalibi müəyyənləşdirmək mümkün olmayıb. Top fərqi də "Neftçi"nin xeyrinədi - 65:40. Xatırladaq ki, ilk dövrədəki oyunda "Neftçi" bu rəqibini çox çətinliklə - 1:0 hesabıyla məğlub etmişdi.

Cari mövsümə fırtına kimi başlayan, son turlarda isə ardıcıl uğursuzluqlarla üzləşən "Sumqayıt” bu tur “Xəzər Lənkəran”la üz-üzə gələcək. Aqil Məmmədovun komandası mövsümün əvvəlindəki uğurların təsadüfi olmadığını sübut etmək üçün bu görüşdən qalib ayrılmağa borcludu. Amma cənub təmsilçisinin də işləri yaxşı getmir və Sumqayıtdakı matça yalnız üç xal üçün çıxacaq. Oğuz Çətinin komandası bu oyunda qazanacağı qələbə ilə həm də ilk dövrədə Lənkərandakı 0:1 hesablı məğubiyyəti unutdurmağa çalışacaq. Əvvəlki 11 oyunda üstünlük Lənkəran təmsilçisindədi - 5 qələbə. Sumqayıtlıların cəmi 2 qələbəsi olduğu halda, 4 görüş də sülhlə bitib. Topların fərqində də XL üstündü - 18:11. Cənublular son iki səfər matçından məğlubiyyətsiz qayıdıb. Bu dəfə necə olacağı böyük maraqla gözlənilir. Tərəflərin turnir cədvəlində qonşu olması, sumqayıtlıların cəmi bir xal öndə olması da qarşılaşmaya xüsusi rəng qatan amillərdəndi.

Autsayderlər qrupundan qurtula bilməyən AZAL bu dəfə “Simurq”la qarşılaşacaq. Əvvəlki 23 görüşdə AZAL üstünlüyə malikdi. Paytaxt təmsilçisi 8 dəfə, Zaqatala klubu 6 dəfə 3 xalı bayram edib. 9 qarşılaşmada isə tərəflər meydandan 1 xalla ayrılıblar. Bakılılar son 4 qarşılaşmada qol vura bilməyib. Baxmayaraq ki, top fərqində də bu komanda öndədi - 26:23.

Turun qapanış və mərkəzi görüşü isə “İnter”lə “Qarabağ” arasında baş tutacaq. 2010-cu ildən sonra “Qarabağ”a qalib gələ bilməyən “İnter” 16 oyundu qələbə həsrətindədi. Baş tutan 40 qarşılaşmada Ağdam təmsilçisi qələbə sayında ikiqat üstünlüyə malikdi - 18 qələbə. "Bankirlər" isə cəmi 9 görüşdə 3 xala sevinə bilib. Qalan 13 görüşdə də heç-heçə qeydə alınıb. Təbii ki, top fərqində də ağdamlıların böyük üstünlüyü diqqət çəkir - 46-26. Bu görüşdə Ağdam təmsilçisi liderliyini qorumağa, paytaxt klubu isə yenidən zirvəyə qayıtmağa çalışacaq.

Topaz Premyer Liqası
10-cu tur

29 oktyabr

14:00. Araz Naxçıvan - Qəbələ
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Naxçıvan Muxtar Respublika stadionu.

14:00. Bakı - Neftçi
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

16:00. Sumqayıt - Xəzər Lənkəran
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Sumqayıt. “Kapital Bank Arena”.

17:00. AZAL - Simurq
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “AZAL Arena”.

18:00. İnter - Qarabağ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “İnter Arena”.
 

1Qarabağ852114-817
2İnter944120-416
3Qəbələ942310-1114
4Neftçi84226-714
5Simurq941413-813
6Sumqayıt940511-1412
7Xəzər Lənkəran932411-911
8Bakı93157-1910
9AZAL82337-119
10Araz Naxçıvan81167-154

Bombardirlər:
6
- Rəşad Eyyubov (Simurq)
5 - Mikel Alvaro (İnter)
4 - Məhəmməd Qurbanov (Sumqayıt), Nurlan Novruzov (Bakı), Cavid Hüseynov (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.