28 oktyabr 2014 18:45

Ruslan Qurbanov: Bakının xal fərqini azaltmasına imkan verməməliyik

"Neftçi"nin hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi

- "İnter"lə qolsuz heç-heçəni necə şərh edərdiz?
- Yaxşı matç alındı. "İnter"in necə komplektləşmiş komanda olduğunu hamımız bilirik, onlar müdafiədən oynamağı xoşlayırlar. Bu oyunda isə nə biz qol vura bildik, nə də onlar.

- İlk yarıda "Neftçi"nin müdafiə xətti çoxlu səhvlərlə yadda qaldı. Baş məşqçiniz bununla bağlı fasilədə sizə nəsə dedi?
- O, bildirdi ki, hər bir səhv məğlubiyyətlə nəticələnə bilər, ona görə daha diqqətli oynamağımızı istədi. Ümumiyyətlə, ikinci hissədə biz daha yaxşı oynadıq.

- Son iki oyunda meydana çıxsaz da, əvvəlki görüşlərdə daha çox ehtiyatda qalırdız. Bunun səbəbi nədi?
- Deyə bilmərəm. Mən çalışıram, məşq edirəm. Görünür, baş məşqçi belə istəyir. Amma son iki oyunda meydana çıxmaq şansı qazandığıma görə şadam. Mənim hədəfim "Neftçi"nin əsas heyətində möhkəmlənməkdi. "Sumqayıt"da oynayanda əsas heyətdə meydana çıxmağa alışmışdım. Ona görə ehtiyatda qalmağa bir o qədər də alışıq deyiləm. Amma bilirəm ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərə bilsəm, oynamaq şansı da qazanacam.

- Qarşıda sizi "Bakı" ilə oyun gözləyir. Rəqibin məlum problemlərinin olduğunu nəzərə alsaq, sizin bu oyuna arxayın çıxmağınız mümkündü?
- Təbii ki, yox. "Bakı" artıq bu heyətlə də rəqibləri üçün necə təhlükəli olduğunu göstərib. Hazırda 10 xala malikdilər və bizdən cəmi 4 xal geridədilər. Bu fərqi azaltmalarına imkan verməməliyik.

- Birinci dövrə artıq başa çatıb. Geridə qalan 9 turu "Neftçi" üçün necə qiymətləndirərdiz?
- Əlbəttə, biz ilk dövrədə özümüzü yaxşı tərəfdən göstərə bilmədik. "Qarabağ"a uduzduq, iki lazımsız heç-heçəmiz oldu. Çalışacağıq ki, növbəti oyunlarda özümüzü göstərək. Hazırda biz daha çox taktiki çalışmalar üzərində işləyirik. Bütün rəqiblərlə oyunlara çox ciddi yanaşmaq lazımdı. Çempionatda zəif komanda yoxdu. Qızıl medallara favorit kimi isə dörd komandanın adını çəkə bilərəm - "Neftçi", "Qarabağ", "Qəbələ" və "İnter".

- Sizcə, Berti Foqtsun gedişindən sonra millimizə müvəqqəti təyin olunan Mahmud Qurbanov Norveçlə oyunda nəyəsə nail ola biləcək?
- Hər kəs milli komandada oynamağa çalışır. Mənim də arzum budu. Foqtsun dövründə milliyə çağırılsam da, oynamırdım. Fikrimcə, Qurbanov gənc futbolçulara da şans verəcək. Amma məni çağırmasalar, bunu başa düşərəm. İstənilən halda yığmaya dəvət almaq üçün klubunda oynamalısan. Əlbəttə, hər şeyə Qurbanov qərar verəcək. Amma nəhayət yığmada debüt etməyi çox istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.