28 oktyabr 2014 18:00
Amit Quluzadə Portuqaliya Kubokunun oyununa hazırlaşır
Sabah futbol üzrə Portuqaliya Kubokunda 1/16 final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxacaq.
Bu komandanın rəqibi "Beyra Mar" olacaq.
Qeyd edək ki, komandasıyla birgə məşq edən Amitin son çempionat oyununda olduğu kimi, kubok görüşündə də iştirakı istisna olunmur.
