28 oktyabr 2014 17:10
Millimizin rəqibi baş məşqçisiz qala bilər
Bu gün Bolqarıstan Futbol Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, toplantıda Bolqarıstan yığmasının baş məşqçisinin taleyi ilə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə eyni qrupda yer alan bolqarlar elə də uğurlu çıxış etmirlər. Bu üzdən də istisna deyil ki, BFF İK baş məşqçi Lyuboslav Penevi postundan uzaqlaşdırmağa qərar versin.
