28 oktyabr 2014 17:00

Mahmud Qurbanov: Norveç ilə oyun üçün heyəti müəyyənləşdirməmişəm

Futbol üzrə Azərbaycan yığmasının müvəqqəti baş məşqçisi Mahmud Qurbanovun azerisport.az saytına müsahibəsi

- Cavid İmamverdiyevin oyununu izləmək üçün Türkiyəyə getmişdiz. "Elazığspor"un "Samsunspor"a qarşı oyunundan nə nəticə çıxara bildiz?
- Cavidin oyununa baxdım. O, cəmi bir hissə meydanda oldu. Normal oynadı. Bütövlükdə, xoş təəssürat yaratdı.

- Onun milliyə çağırılacağını gözləmək olar?
- Heyəti hələ müəyyənləşdirməmişik.

- Öncədən demişdiz ki, legionerlərdən yalnız Dmitri Nazarovu dəvət edəcəksiz. Hələ də həmin fikrinizdəsiz?
- Belə deyim də: milliləşdirilmiş futbolçulardan hansılar əsas komandamıza dəvət alırdılarsa, onlar hələ də yığmamızın üzvləridi.

- Son oyunlara çağırılmayan Toğrul Erat barədə düşüncəniz necədi? O, yenidən "Fortuna"nın əsas heyətinə qayıdıb və ikinci Bundesliqa görüşlərində meydana çıxır...
- Biz ölkədən kənarda çıxış edən bütün futbolçularımızı izləyirik. Amma dediyim kimi, hələ heyətlə bağlı yekun qərarımızı verməmişik.

- İspaniya La Liqasında çıxış edən Eddi İsrafilovun yığmamıza dəvət alması nə dərəcədə inandırıcıdı?
- Düzünü deyim ki, məndə onunla bağlı heç bir məlumat yoxdu. Yığmanın qapısının hər kəsin üzünə açıq olduğunu demişəm. Hansı futbolçu yığmamıza dəvət almağa layiqdisə, çağıracağıq. Qalanı isə onların özünü necə göstərməsindən asılıdı.

- Norveçlə oyun üçün heyəti nə vaxt açıqlayacaqsız?
- Noyabrın 2-dən sonra. Ayın 4-dən etibarən isə məşqlərə başlayacağıq.

- Eşitdiyimizə görə, iki mərhələli toplanış keçirmək istəyirsiz: birincidə geniş heyətlə, ikincidə isə sırf oyun üçün seçdiyiniz futbolçularla...
- "Qarabağ"ın gələn həftə Avropa Liqasında oyunu var. Xaricdə çıxış edən futbolçularımızın da klubları növbəti oyunlarına çıxacaqlar. Ona görə də ilk günlərdən tam heyətlə məşq etməyimiz mümkünsüz görünür.

- Norveç barədə hansısa informasiya toplaya bilmisiz?
- Bizdə bu rəqib barədə kifayət qədər məlumat var. Hazırda daha çox növbəti oyunu düşünürük. Əlimizdən gələni edirik ki, qarşıdakı oyunda özümüzü yaxşı tərəfdən göstərə bilək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.