28 oktyabr 2014 15:50
İlqar Qurbanov: Emeqara nəyə qadir olduğunu XL ilə oyunda göstərdi
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov komandasının çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Emeqaranın nəyə qadir olduğunu "Xəzər Lənkəran"la görüşdə hamı gördü. O, yaxşı futbolçuya oxşayır. Belə davam etsə, "Qarabağ"a az xeyri dəyməyəcək. İki qol vurdu ki, bu da qələbə qazanmağımıza kömək etdi. Onun Reynaldo ilə yaxşı rəqabət təşkil edəcəyini gözləyirəm".
