28 oktyabr 2014 12:45
Bakının futbolçuları Neftçi ilə oyuna çıxmaya bilərlər
"Bakı"dakı maliyyə problemləri həllini hələ də tam tapmayıb. Azerisport.az xəbər verir ki, rəhbərlik futbolçulara olan borcu tam ödəyə bilməyib.
Bu üzdən "zolaqlılar"ın Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Neftçi" ilə oyundakı iştirakı sual altındadı. Futbolçular maaşlarını ala bilməməsinə etiraz əlaməti olaraq derbiyə çıxmaq istəmirlər.
