28 oktyabr 2014 11:45
Dneprin hücumçusu: Bakıda qələbə şansımızı artıracaq
Ukraynanın "Dnepr" klubunun hücumçusu Yevgeni Seleznyov Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları "Qarabağ"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ötən gün ölkə kuboku çərçivəsində "Volın" üzərində qazandıqları 4:0 hesablı qələbədən sonra bunları söyləyib:
"Avropa Liqasında nəzəri şansımız qalır. Bilirsiz, "Dnepr Arena"da öz azarkeşlərimiz qarşısında oynamaq başqadı, Kiyevdə əksəriyyəti rəqibə azarkeşlik edən 3 min azarkeş qarşısında oynamaq isə ayrı. Amma bu, qətiyyən bizə bəraət qazandıra bilməz. Pis nəticələrə görə özümüz günahkarıq. Avroliqada "Qarabağ"la Bakıdakı oyunumuzu qalib başa vursaq, bu, şansımızı artıracaq. Şans həmişə var və sonadək oynamaq lazımdı".
