28 oktyabr 2014 00:30
Millimizin sabiq üzvü divizion klubu ilə anlaşdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Elhad Nəziri özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra karyerasını 1-ci divizionda davam etdirəcək.
Belə ki, "Araz Naxçıvan"dan ayrıldıqdan sonra "Xəzər Lənkəran"la anlaşa bilməyən müdafiəçi "Bakılı"ya keçib.
