28 oktyabr 2014 00:25
Araz Naxçıvan Janelidze və Zubkovu yola salır
"Araz Naxçıvan" ən yaxşı hücumçusu David Janelidze ilə yollarını ayırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, onunla yanaşı, komandanın müdafiəçisi Ruslan Zubkovun da Naxçıvan klubundan göndərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, klub rəhbərliyi son uğursuzluqlarla bağlı bəzi futbolçularla yolları ayırmağa qərar verib.
