28 oktyabr 2014 00:15
Millimizin forvardı zədələndi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara zədələnib. Azerisport.az xəbər verir ki, Türkiyənin "Sivasspor" klubunda forma geyinən millimizin forvardı son məşqlərin birində sıradan çıxıb və hazırlıq prosesini tamamlaya bilməyib.
Hələlik, onun hansı müddətə sıradan çıxdığı məlum deyil.
Qeyd edk ki, Roberto Karlosun çalışdırdığı "Sivasspor" Super Liqanın 8-ci turunda "Bursaspor"la qarşılaşacaq.
