27 oktyabr 2014 18:10
Yığmamız serblərə məğlub oldu
Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Belqradın “Red Star” klubunun U-17 komandası ilə qarşılaşan millimiz 2:4 hesabı ilə məğlub olub.
Yığmamızın qollarını Pilağa Mehdiyev və Bahadur Həziyev vurub. (AFFA)
