27 oktyabr 2014 17:30
Quluzadə oynadı, Atletiko uduzdu
Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası "Atletiko" səfərdə "Feyrensi" ilə üz-üzə gəlib.
Oyun qonaq komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Quluzadənin adı bu matçın iştirak ərizəsinə daxil edilsə də, o, ancaq 60-cı dəqiqədə meydana çıxmağa şans tapıb.
Qeyd edək ki, bu matçdan sonra "Atletiko" 12 xalla turnir cədvəlinin 20-ci pilləsinə geriləyib.
