27 oktyabr 2014 17:15
Dneprin baş məşqçisi: Nəyə görə yarıboş nəhəng stadionda oynamalıyıq?
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Dnepr"in baş məşqçisi Miron Markeviç UEFA ilə bağlı etirazını dilə gətirib. Azerisport.az xəbər verir ki, yerli mətbuata danışan təcrübəli mütəxəssis ev oyunlarının təmsil etdikləri Dnepropetrovsk şəhərində yox, paytaxt Kiyevdə keçirilməsi ilə bağlı narazılığını ifadə edib:
"Nəyə görə biz Kiyevə uçub, yarıboş nəhəng stadionda oynamalıyıq. Hesab edirəm ki, bu yalnışdı. Məşq etməkdən çox təyyarədə otururuq. Bu, anormal haldı. Başa düşə bilmirəm ki, onlar (UEFA) bu barədə niyə belə inad etdilər. Biz də çoxdandı heç nə etmədən otururuq".
