27 oktyabr 2014 16:55

İbrahim Üzülməz: Qurban Qurbanov Azərbaycan millisinə kömək edəcək məşqçidi

Futbol üzrə Türkiyə yığmasının və "Beşiktaş" klubunun sabiq müdafiəçisi İbrahim Üzülməzin azerisport.az saytına müsahibəsi

- Berti Foqtsun Azərbaycan yığmasını tərk etməsindən xəbəriniz var?
- Əlbəttə, bilirəm ki, bu yaxınlarda komandanızla yollarını ayırıb.

- AFFA hazırda ona əvəzləyici axtarışındadı. Sizə təklif gəlsə, millimizi çalışdırmağa razılaşarsız?
- Məmnuniyyətlə. Çünki Azərbaycan mənim ikinci vətənimdi. Vətəndən gələn təklifdən imtina etmək olar?

- Foqts 7 ilə yaxın idi yığmamızın sükanı arxasındaydı. Sizcə, onun gedişi düzgün addımdı?
- Nəticələr o qədər də ürəkaçan deyil. Ona görə də onun postunda qalmasının daha düzgün olmasından danışmaq artıq olardı. Fikrimcə, indiki məqamda onun gedişi ən düzgün addımdı.

- Sizə belə bir təklif gəlsə, yığmamızı uğura daşımaq üçün neçə il vaxt lazım olar?
- Dəqiq bilirəm ki, altı il vaxt lazım olmazdı. Sizdə də yaxşı futbolçular var, onlarla uğur qazanmaq olar. Sadəcə, onlara düzgün yanaşma lazımdı. İndi hər bir komanda nəticə qazana bilir. Millinizə futbolçuları başa düşəcək məşqçi lazımdı.

- Sizcə, yığmamız yerli məşqçiyə tapşırılmalıdı, ya əcnəbiyə?
- Fikrimcə, yerli mütəxəssisə. Çünki o, yerli futbolçuları hamıdan daha yaxşı tanıyacaq. Belə olan halda yığmanız uğur qazana bilər.

- Yığmamıza hazırda müvəqqəti olaraq məhz yerli mütəxəssis təyin olunub və Norveçlə oyuna komandanı o çıxaracaq...
- Ona uğurlar arzulayıram. Həm Azərbaycan, həm də Türkiyə yığmasını yerli mütəxəssislər çalışdırmalıdı.

- Əksər azarkeşlər millinin sükanı arxasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu görmək istəyir...
- "Qarabağ" çox yaxşı komandadı. Bilirəm ki, Avropa Liqasında çıxış edirlər və bu, bizi çox sevindirir. Qurbanovu da yaxşı tanıyıram. Bakıya nə vaxt gəlsəm, onunla görüşüb, oturub, söhbətləşirik. Məşqçi olaraq xarakterə malikdi, əsl peşəkardı və düzgün insandı. Məşqçi kimi gənc olsa da, artıq xeyli uğura imza atıb. Fikrimcə, Azərbaycan millisinə kömək edəcək şəxs məhz odu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.