27 oktyabr 2014 15:35
Ramazanov iki həftə sonra qayıdacaq
"Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanov iki həftə sonra məşqlərə başlaya biləcək. Azerisport.az saytına açıqlamasında bunu gənc forvardın özü bəyan edib:
"Ayağımda hələ də ağrılar var. Həkimlərin nəzarəti altındayam. Onların sözlərinə görə iki həftə sonra məşqlərə başlaya biləcəm".
Xatırladaq ki, Ramazanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya - Azərbaycan matçında zədələnmişdi.
