27 oktyabr 2014 12:15

Tərlan Əhmədov Devid Moyeslə bir arada

AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun oktyabrın 20-dən 23-dək İsveçrənin Nyon şəhərində UEFA tərəfindən "UEFA Coach Education: Student Exchange" proqramı çərçivəsində keçirilən seminarda iştirak edib. Azerisport.az xəbər verir ki, Pro kurslarının keçirilməsinə yeni başlanan ölkələr üçün olan seminar bir növ AFFA-da davam etməkdə olan Pro kurslarının tərkib hissəsi idi. Təsadüfi deyil ki, Nyona yollanan 12 məşqçinin hər biri Pro kurslarında oxuyur.

Oktyabrın 24-də artıq komandasının başında olan Tərlan Əhmədov klubun rəsmi facebook səhifəsinə açıqlamalarında səfər təəssüratlarını bölüşüb: “Bu cür kurslar hər il olur. Xüsusən də yenicə Pro kurslarının keçirilməyə başladığı ölkələrin nümayəndələri üçün. Hər halda bir növ təkmilləşdirmə kursu oldu. AFFA məşqçilərin daha da savadlanması üçün dəstyini əsirgəmir. Eləcə də UEFA məşqçilərə dəstəyini göstərir. Biz orada olduğumuz müddətdə Azərbaycanla bərabər, Makedoniya, Albaniya və Gürcüstan təmsilçiləri gəlmişdi. Bizdən 10 gün əvvəl isə Ukrayna nümayəndələri gəlmişdi. UEFA–nın Nyondakı mənzil-qərargahında baş tutan görüşlərdə UEFA təlimatçıları tərəfindən hərtərəfli bilgi verilir. 10-a yaxın təlimatçı var idi. Onlar media ilə münasibət, futbolçularla rəftar, peşəkar klubda effektiv, yüksək səviyyəli iş görməyin yolları, peşəkar klubda Pro lisenziyalı məşqçilərin işini qurmalı olduqları struktur barədə geniş məlumat verdilər. Bunların hamısı incəliklərinə qədər izah edildi. Sonda fikir mübadiləsi apardıq. Məncə, çox maraqlı bir seminar oldu”.

Əhmədov seminar zamanı bir sıra tanınmış simalarla da görüşməyə imkan tapıb. Yaxşısı budur, Tərlan bəyi dinləyək: “Orada yaxşı əlaqələr quruldu. Məsələn, vaxtilə “Neftçi”də oynamış makedoniyalı Zəki var idi, onunla görüşdük. Keçmişi yada saldıq. Gürcüstan futbolunun canlı əfsanələri Aleksandr Çivadze və Otar Qabeliya ilə də canlı ünsiyyətimiz oldu. Seminar vaxtı 1 dəfə Devid Moyesi də dəvət etmişdilər. İngiltərə Premyer Liqasının ab-havasını duymuş, “Mançester Yunayted” kimi komandanı çalışdırmış şotland mütəxəssis öz təcrübəsini bizimlə məmnuniyyətlə bölüşdü. Ümumiyyətlə, futbol aləmində bu cür əlaqələr gərəklidi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.