27 oktyabr 2014 00:25
Tahir Gözəl: Emeqaranın zamana ehtiyacı var
Azərbaycan çempionu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşdıqları "Xəzər Lənkəran"la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Maraqlı oyun oldu. "Qarabağ" pis oynamadı. "Xəzər Lənkəran" bizi bir qədər qorxutdu. Amma qələbə qazanmağı bacardıq. Futboldu, belə şeylər olur. Emeqara bu gün çox yaxşı oynadı. Amma onun hələ uyğunlaşması üçün zamana ehtiyacı var".
