27 oktyabr 2014 00:20
Sent-Etyendən daha bir qələbə
Futbol üzrə Fransa çempionatında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Mets"lə qarşılaşıb. Oyun 1:0 hesabıyla "Sent-Etyen"in xeyrinə başa çatıb. Matçdakı yeganə qolu 74-cü dəqiqədə Qradel vurub.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi hazırda 20 xalla 3-cü pillədə qərarlaşıb.
