27 oktyabr 2014 00:15

Çempion yenə zirvədə

Topaz Premyer Liqasında 9-cu turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, hesabat turu lider dəyişikliyi ilə yadda qaldı.

İlk oyun günündə bir görüş baş tutdu. Bu mövsüm qeyri-sabit çıxışı ilə seçilən "Qəbələ" doğma meydanda "Sumqayıt"la qarşılaşdı. Meydan sahibləri bu görüşdə mütləq qələbə qazanıb, turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırmağı hədəfləmişdi. Yeni mövsümə fırtına kimi başlayan "Sumqayıt" isə son turlardakı uğursuzluqları unutdurmaq istəyirdi. Aqil Məmmədovun komandası oyuna daha yaxşı başlayaraq, erkən qol da vurdu. Amma qarşılaşmanın ikinci hissəsi, xüsusilə son 15 dəqiqə qonaqlar üçün çox uğursuz alındı. Oyuna sonradan qoşulan meydan sahiblərinin üzvü Ekiqo Ehiosun iki qol ötürməsi və 1 qolla matçda əsl dönüş yaratdı və komandasına əzmkar qələbə qazandırdı. Baxmayaraq ki, sumqayıtlılar bu məğlubiyyətdə hakimləri daha çox günahkar hesab etdilər.

İkinci oyun günündə öncə AZAL "Bakı"nı qəbul etdi. Paytaxt derbisində məlum səbəblərdən "təyyarəçilər"i favorit saymaq olardı. Maliyyə problemləri içində üzən "zolaqlılar" bu azmış kimi, son turda "Xəzər Lənkəran"a 4 cavabsız qolla uduzmuşdu. Amma bu, onların növbəti sensasiyaya imza atmasına mane olmadı. Nurlan Novruzovun vurduğu yeganə qol "Bakı"ya çətin səfərdə minimal hesablı qələbə qazandırdı. Bu qələbə paytaxtın eyniadlı komandasının AZAL-dan önə keçməsinə şərait yaratdı. Tərlan Əhmədovun komandası isə hələ də uğursuzluq zolağından çıxa bilmir.

Günün digər oyununda isə "Simurq" Zaqatalada "Araz Naxçıvan"ı qonaq etdi. Bu görüşdə meydan sahibləri dörd cavabsız qolla qalib gəldilər. Nəticədə, ötən tur "İnter"lə heç-heçənin ardından möhtəşəm qələbə qazanan Georgi Çixradzenin komandası həm son uğursuzluqları unutdurmağı bacardı, həm də turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmış oldu. Naxçıvan klubunun uğursuz seriyası isə davam edir. Əsgər Abdullayevin komandası üçün bu gedişlə turnir cədvəlinin zirəmisindən çıxmaq çətin olacaq.

Son oyun günündə öncə turun mərkəzi görüşü baş tutdu. "Neftçi" "Bakcell Arena"da lider "İnter"lə üz-üzə gəldi. Prinsipial qarşılaşmada tərəflərin çoxsaylı cəhdlərinə baxmayaraq, qol vurulmadı. Nəticədə, hər iki komanda 1 xalla kifayətlənməli oldu. Baxmayaraq ki, bu heç-heçəni tərəflər üçün xal itkisi saymaq daha düzgün olardı. "Neftçi" öz meydanında xal itirdisə, "İnter" üçün bu büdrəmə liderliyi əldən vermək bahasına başa gəldi. Çünki...

...turun qapanış matçında son çempion "Qarabağ" "Xəzər Lənkəran"ı üstələməklə "bankirlər"i qabaqlamağa nail oldu. Matça daha yaxşı başlayan Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə qarşı oyunla müqayisədə etdiyi heyət dəyişiklikləri ilə heç də yorğun olmadığını isbatladı və matçın 1/3 hissəsi ərzində 3 qol vurmaqla demək olar ki, görüşün taleyini həll etdi. Bu qələbədə dubla imza atmaqla pay sahibi olan yeni transfer İnnosent Emeqaranın fəallığı xüsusilə diqqətçəkən oldu. Düzdü, fasilədən sonra qonaqlar qısa müddət ərzində iki qol vurmaqla oyunda dönüş yaratmaq istəklərini göstərdilər. Amma Oğuz Çətinin yetirmələrinin gücü bundan artığına çatmadı.

Topaz Premyer Liqası
9-cu tur

Qəbələ - Sumqayıt 3:1
Qollar: Cavid Hüseynov, 77. Pavol Farkaş, 88. Ekiqo Ehiosun, 90+2 - Ramazan Abbasov, 40.
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 29 (qeyri idman hərəkəti). Orxan Əliyev, 64 (qeyri idman hərəkəti). Ruslan Poladov, 89 (qeyri idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Rəvan Həmzəzadə, Ömər Paşayev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
24 oktyabr 2014. Saat 17:00. Qəbələ şəhər stadionu, 1500 tamaşaçı.

Qəbələ: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 8. Vidal Kunya Markus (90. Ekiqo Ehiosun, 46), 9. Viktor Mendi (21. Yazalde Pinto, 54), 10. Dodo, 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan (11. Andrey Kristya, 75), 26. Pavol Farkaş, 44. Rafael Santos, 88. Müşfiq Teymurov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 12. Aleksandru Benqa, 15. Ruslan Abışov.
Baş məşqçi: Dorinel Muntyanu.
Sumqayıt: 1. Andrey Popoviç, 2. Slavik Alxasov (5. Cəmil Hacıyev, 49), 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov (77. Təvəkkül Məmmədov, 61), 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov (11. Kiyan Sultanpur, 80).
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Tagim Novruzov, 45. Murad Ağayev, 86. Fərid Quliyev.
Baş məşqçi: Aqil Məmmədov.

AZAL - Bakı 0:1
Qol: Nurlan Novruzov, 46.
Sarı vərəqələr: Rəşad Abdullayev, 45 (qeyri idman hərəkəti). Novruz Məmmədov, 87 (qeyri idman hərəkəti). Viktor İqbekoyi, 90 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). - Cəmşid Məhərrəmov, 28 (qeyri idman hərəkəti). Əziz Quliyev, 35 (perspektivli hücumun qarşısını kəsdiyinə görə). Vüqar Bəybalayev, 62 (qeyri idman hərəkəti), 77 (perspektivli hücumun qarşısını kəsdiyinə görə).
Qırmızı vərəqə: Vüqar Bəybalayev, 77 (perspektivli hücumun qarşısını kəsdiyinə görə).
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Rahil Ramazanov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.
25 oktyabr 2014. Saat 17:00. Bakı. “AZAL Arena”, 400 tamaşaçı.

AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 13. Şəhriyar Rəhimov, 12. Luis Ramos (5. Kərim Diniyev, 46), 17. Viktor  İqbekoyi, 7. Təmkin Xəlilzadə (6. Eduardo Konseysao, 56), 10. Tomi Kostadinov (11. Con Kordoba, 68), 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 15. Oskar Klava, 22. Eltun Yaqublu, 25. Adil Nağıyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Bakı: 1. Aqil Məmmədov, 18. Əziz Quliyev, 22. Risto Ristoviç, 5. Georgios Palagios, 6. Vüqar Bəybalayev, 30. Cəmşid Məhərrəmov, 8. Lukas Mario Horvat (k), 7. Nuran Qurbanov (17. Azad Kərimov, 90), 85. Jaba (20. Valeh Seyidov, 90+4), 10. Nurlan Novruzov, 11. Tural Qürbətov (55. Aydın Mustafazadə, 82).
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 4. Ülvi Süleymanov, 9. Raul Yaqubzadə, 2. Nicat Əsgərov.
Baş məşqçi: İbrahim Uzunca.

Simurq - Araz Naxçıvan 4:0
Qollar: Marko Stanoyeviç, 34. Rəşad Eyyubov, 47; 56; 90+3.
Sarı vərəqələr: Tural Hümbətov, 4 (qeyri idman hərəkəti). Kamil Hüseynov, 44 (sistematik qayda pozuntusu). Draqan Çeran, 8 (qeyri idman hərəkəti). Benjamin Lambot, 59 (qeyri idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
25 oktyabr 2014. Saat 18:00. Zaqatala şəhər stadionu,  1500 tamaşaçı.

Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak (5. Vadim Abdullayev, 71), 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot (13. Əli Gökdemir, 78), 88. Marko Stanoyeviç (25. Oruc Balaşlı, 65).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Patrik Osiako, 9. Lukas Tresnak, 17. Rüstəm Məmmədov.
Baş məşqçi: Georgi Çixradze.
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 2. Tural Hümbətov, 4. Emin Cəfərquliyev, 8. Elmin Çobanov, 10. Eşqin Quliyev, 11. Sergey Selyuk (91. Kamil Nurəhmədov, 67), 9. Qərib İbrahimov (21. David Janalidze, 46), 16. Kamil Hüseynov, 17. Bəxtiyar Soltanov, 19. Tərlan Xəlilov (5. Cavid Həsənov, 62), 20. Ruslan Zubkov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 3. Əlimirzə Daşzərini, 7. Ramal Hüseynov, 24. Azər Məmmədov.
Baş məşqçi: Əsgər Abdullayev.

Neftçi - İnter 0:0
Sarı vərəqələr: Elnur Allahverdiyev, 37 (qeyri idman hərəkəti). Mirhüseyn Seyidov, 38 (qeyri idman hərəkəti). Elvin Yunuszadə, 69 (qeyri idman hərəkəti) - Franka Nildo, 80 (qeyri idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Azər Əsgərov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
26 oktyabr 2014. Saat 16:00. Bakı. “Bakcell Arena”, 300 tamaşaçı.

Neftçi: 1. Emil Balayev, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 9. Flavinyo (k) (21. Samir Məsimov, 85), 10. Julius Vobay (11. Nikolas Kanales, 75), 14. Elnur Allahverdiyev, 15. Erik Ramos, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (23. Ruslan Qurbanov, 46), 27. Məqsəd İsayev, 90. Erenst Nfor.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 8. Elşən Abdullayev, 28. Emin Mehtiyev.
Baş məşqçi: Arif Əsədov.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze (4. İvan Benites, 89), 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 12. Franka Nildo (28. Baçana Sxadadze, 81), 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev (11. Asif Məmmədov, 71), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavco Georgiyevski, 7.  Abdulla Abatsıyev, 10. Elvin Məmmədov.
Baş məşqçi: Kaxaber Sxadadze.

Qarabağ - Xəzər Lənkəran 3:2
Qollar: İnnosent Emeqara, 19-pen; 29. Cavid Tağıyev, 33 - Qalin İvanov, 54. Rauf Əliyev, 56.
Sarı vərəqələr: Namiq Ələsgərov, 42 (qeyri idman hərəkəti). Tərlan Quliyev, 90+2 (oyunun bərpasını ləngitdiyinə görə). - Tyeqo de Xesus, 18 (qeyri idman hərəkəti). Sadio Tounkara, 43 (qeyri idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
26 oktyabr 2014. Saat 18:00. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 1200 tamaşaçı.

Qarabağ: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov (20. Riçard Almeyda, 56), 7. Namiq Yusifov (k), 8. İnnosent Emeqara (9. Reynaldo Silva, 63), 18. İlqar Qurbanov, 24. Admir Teli, 41. Leroy Corc (2. Qara Qarayev, 56), 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 17. Vüqar Nadirov, 25. Ansi Aqolli, 33. Şəhriyar Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 10. Elnur Abdullayev (22. Əfran İsmayılov, 70), 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Adrian Skarlatake, 63. Alfred Sanko (28. Fernando Qabriel, 89), 97. Elnur Cəfərov (6. Rəşad Sadiqov, 38).
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 18. Tural Cəlilov, 33. Rasim Ramaldanov, 99. Deyan Blajevski.
Baş məşqçi: Oğuz Çətin.

1Qarabağ852114-817
2İnter944120-416
3Qəbələ942310-1114
4Neftçi84226-714
5Simurq941413-813
6Sumqayıt940511-1412
7Xəzər Lənkəran932411-911
8Bakı93157-1910
9AZAL82337-119
10Araz Naxçıvan81167-154

Bombardirlər:
6
- Rəşad Eyyubov (Simurq)
5 - Mikel Alvaro (İnter)
4 - Məhəmməd Qurbanov (Sumqayıt), Nurlan Novruzov (Bakı), Cavid Hüseynov (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.