27 oktyabr 2014 00:10
Qarabağın rəqibi 1 qolla güldü
Futbol üzrə İtaliya A Seriyasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "İnter" də növbəti matçına çıxıb.
Milan təmsilçisi səfərdə "Çezena" ilə qarşılaşıb. Oyun 1:0 hesabıyla "İnter"in xeyrinə başa çatıb. Matçdakı yeganə qolu 32-ci dəqiqədə penaltidən fərqlənən İkardi vurub.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi hazırda 12 xalla 8-ci pillədə qərarlaşıb.
