27 oktyabr 2014 00:05
İmamverdiyev Qurbanovun izlədiyi oyunda "fərqləndi"
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası - "Elazığspor" da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə "Samsunspor"la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. Cavid oyuna əsas heyətdə çıxsa da, hesab 1:0 komandasının xeyrinə olarkən, 46-cı dəqiqədə əvəzlənib. İmamverdiyev 31-ci dəqiqədə sarı vərəqə almaqla fərqlənib.
Qeyd edək ki, bu oyunu futbol üzrə Azərbaycan yığmasına müvəqqəti baş məşqçi təyin olunan Mahmud Qurbanov da canlı izləyib. Hansı ki, o, bunun üçün qardaş ölkəyə yollanmışdı.
Cavidin komandası hazırda topladığı 9 xalla 8-ci pillədə qərarlaşıb.
