26 oktyabr 2014 20:30
Qurban Qurbanov: Çox vacib qələbə qazandıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Ən ağır oyunlardan birini keçirdik. Çox vacib qələbə qazandıq. “Xəzər Lənkəran” yaxşı komandadı. Bəlkə də çempionatda ən baxımlı oyun göstərən komandadı. Biz diqqətli olmalıyıq. Oyuna nəzarəti bir anlıq əldən vermişdik. Lakin futbolçularımız sona kimi döyüşdülər. Qələbə qazandığımız üçün şadam. Növbəti turda “İnter”ə qarşı çətin oyunumuz var. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıyıq”.
