26 oktyabr 2014 18:20
Arif Əsədov: Daha üstün idik
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Meydana qələbə arzusu ilə çıxmışdıq. Bilirdik ki, “İnter” qapalı oyun sərgiləyəcək. Ona görə də üç hücumçu ilə mübarizə apardıq. İlk hissədə bərabər oyun olsa da, ikinci hissədə biz daha üstün idik. Qol epizodları var idi. Lakin bundan istifadə edə bilmədik. Bu oyunda Emin Balayevə şans verdik. Zaman keçdikcə ona daha çox güvənəcəyik”.
