26 oktyabr 2014 17:00
Qranada İsrafilovsuz xal itirdi
Futbol üzrə İspaniya La Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası "Qranada" səfərdə "Eybar"la qarşılaşıb.
Oyun 1:1 hesabıyla başa çatıb. Eddi oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Qranada" hazırda 10 xalla 9-cu yerdə gedir.
