26 oktyabr 2014 14:45
Rasim Ramaldanov: XL-in Qarabağla oyunda hədəfi 3 xaldı
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
- "Qarabağ"la oyuna necə hazırlaşmısız?
- Hər şey yaxşıdı. Komandada əhval-ruhiyyə də əladı.
- Yorğunluq yoxdu?
- Xeyr, oyuna qədər yorğunluq tam keçəcək.
- "Xəzər Lənkəran"ın bu oyundakı hədəfi nədi?
- Biz bütün oyunlara eyni cür hazırlaşırıq və hər görüşdən 3 xalla ayrılmağa çalışırıq. Bu oyun da istisna deyil.
- "Qarabağ"ın "Dnepr"lə oyundan sonra yorğun olduğunu demək olar?
- Düşünmürəm. "Qarabağ" kifayət qədər güclüdü. Onlar belə gərgin qrafikdə oynamağı da yaxşı bacarırlar.
- Mahmud Qurbanovun yığmamıza müvəqqəti təyinatını necə qarşıladız?
- O, yaxşı futbolçu olub. Şadam ki, yığmamıza o rəhbərlik edəcək. Allah eləsin ki, hər şey yaxşı olsun.
