26 oktyabr 2014 13:05
Rüfət Dadaşov darmadağına sevindi
Almaniyanın Cənub Regional Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryükken" də növbəti matçına çıxıb.
Öz meydanında "Pirmazens"lə qarşılaşan Rüfətin komandası 4:1 hesabıyla qalib gəlib. Dadaşov bu oyunun 75-ci dəqiqəsində meydana çıxıb.
Hazırda Rüfətin komandası 33 xalla ikinci yerdə gedir.
