26 oktyabr 2014 12:45
Karlsrue Dmitri Nazarovsuz darmadağına sevindi
Almaniyanın ikinci Bundesliqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası "Karlsrue" hesabat turunda "Sankt-Pauli" ilə qarşılaşıb və 4:0 hesablı qələbəyə sevinib.
Nazarov zədəli olduğundan bu qarşılaşmada forma getməyib.
Hazırda "Karlsrue" 16 xalla 6-cı yerdə qərarlaşıb.
