26 oktyabr 2014 12:55

Vladimir Levin: Bakıya ilk gəlişimdə ağlıma da gəlməzdi ki...

Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi, "Qəbələ"nin kapitanı Vladimir Levin Ukrayna mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibənin maraqlı məqamları ilə tanış edir.

- Artıq 10 ildi Azərbaycanda çıxış edirsiz. Demək olar ki, bu ölkəyə qaynayıb-qarışmısız?
- Özümü burada komfortda hiss edirəm. Hazırda Qəbələdə yaşasam da, ailəm mütəmadi olaraq mənə baş çəkir. Daha tez-tez görüşməyimizi istərdim. Amma körpə uşağımızın olması səbəbindən bu, alınmır.

- Azərbaycan dilini bilirsiz?
- Ən elementar sözləri bilirəm. Dili öyrənə bilməmişəm. Çünki Azərbaycanda rus dilindən istifadə etməklə hər kəsi başa salmaq mümkündü.

- Azərbaycana necə getdiz?
- "Çernomorets"lə müqaviləm bitəndən sonra mənə xəbər verdilər ki, ukraynalı mütəxəssis Anatoli Konkov Bakı "İnter"i ilə anlaşıb. Ona görə mənə də bu kluba getməyi təklif etdilər. Çox düşünməyib, Bakıya yollandım. Maraqlı idi - yeni ölkə, yeni klub. Amma o vaxt düşünmürdüm ki, Azərbaycana bu səfərim uzun sürəcək.

- "İnter" necə klubdu ki? Ona kim sponsorluq edir?
- "İnter" 2004-cü ildə universitet komandasının əsasında formalaşıb. Kluba Azərbaycan Beynəlxalq Bankı sponsorluq edir.

- Azərbaycanda xeyli medal qazanmısız. Onlardan hansı sizin üçün daha dəyərlidi?
- "İnter"lə iki dəfə qızıl medal, bir gümüş və dörd bürünc medal qazanmışam. "Qəbələ" ilə də bir bürünc medal qazanmışam. "İnter"lə Birlik Kubokuna da sahib çıxmışam. Burada bircə kubokda bəxtim gətirməyib. Beş dəfə final oynamışam, hamısında da məğlub olmuşuq.

- Uzun illər sonra "İnter"dən ayrılmağınıza nə səbəb oldu?
- Klubumu dəyişməyimə daha çox süni qazon amili təsir etdi. Çünki, "Qəbələ"dən fərqli, "İnter" öz oyunlarını süni meydanda keçirirdi. Mənimsə dizimdə problem vardı, üç dəfə əməliyyat keçirmişdim. Hər gün belə meydanda məşq keçməklə vəziyyətimi ağırlaşdırırdım.

- "Qəbələ" daha çox Yuri Syominin gəlişindən sonra tanınmağa başladı. Onun gəlişi ölkədə sensasiya oldu?
- Mən onun gəlişini sensasiya adlandırmazdım. Çünki ondan öncə də Azərbaycanda xeyli tanınmış məşqçi çalışmışdı. Amma Syomin buradakı işi ilə indi də xoş xatirələrlə yada salınır.

- Onunla çalışmaq maraqlı idi?
- Əlbəttə. O, futbolçuları məcbur etmirdi, psixoloji təzyiq göstərmirdi. Fiziki cəhətdən də futbolçuları yükləməyi xoşlamır.

- Qəbələ azarkeşləri, mətbuat sizə qarşı necə münasibət göstərir?
- Azarkeşlərlə münasibətlərimiz yaxşıdı. "İnter"də necəydisə, "Qəbələ"də də elədi. Mətbuatla da heç vaxt xoşagəlməz vəziyyətimiz olmayıb.

- "Qəbələ"nin hədəfi nədi?
- Hədəfimiz minimum avrokuboklara vəsiqə qazanmaqdı. Amma alınsa, ötənilki uğurumuzu yaxşılaşdırmaq istərdik. Əfsuslar olsun ki, avrokuboklarda debütümüz çox pis alındı. Çünki Syomin və heyətimizin 50 faizi getdi. İndiki baş məşqçimiz isə Avroliqa matçından cəmi bir həftə öncə gəldi. Bir sözlə, bizə tam hazır olmaq üçün vaxt çatmadı. Halbuki, Bosniya klubunu keçə bilərdik.

- Azərbaycan yığmasında oynamağınız necə baş tutdu? Sizdən başqa kimlər milliləşdirilmişdi?
- Mən milliləşdiriləndə çempionatda legionerlərə çox ciddi limit var idi. Start heyətdə yalnız üç legioner meydana çıxa bilərdi. "İnter"də isə 10 legioner vardı. Rəhbərlik mənə bildirdi ki, bunu etməyə məcburuq. Məndən başqa ukraynalılardan Aleksandr Çertoqanov da milliləşdirildi. Bir neçə ilə sonra isə gənc qapıçı Andrey Popoviç milliləşdirildi.

- Beynəlxalq arenada ən yaddaqalan oyununuz hansı olub?
- Ən yaddaqalan oyunum "İnter"in heyətində Çempionlar Liqasının təsnifat mərhələsində Polşa "Lex"inə qarşı olub. Evdə 0:1 uduzduq, səfərdə 1:0 önə keçdik. Cütün qalibi isə penaltilərlə müəyyənləşdi. Hər komanda 10 penalti vurdu. Qapıçımız Georgi Lomaya rəqib qapıçının qarşısını ala bilmədi. Halbuki, ondan öncə iki penaltini dəf etmişdi. Həmin mövsüm "Lex" ÇL-də çox uğurlu çıxış etdi. Amma yığmanın heyətində güclü komandalara qarşı yaddaqalan oyunlar çox olub. Onların arasında ən yaddaqalanı isə Rusiyaya "Lujniki"də 0:1 hesabıyla uduzduğumuz oyun idi. 84-cü dəqiqədə olmayan penaltidən qol buraxdıq. Çox üzücü idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.