26 oktyabr 2014 11:30

Mikel Alvaro: Liderliyi qorumaq üçün Neftçi üzərində qələbə vacibdi

"İnter"in yarımmüdafiəçisi Mikel Alvaronun azerisport.az saytına müsahibəsi

- "Neftçi" ilə oyundan nə gözləyirsiz?
- Bu, çox ciddi rəqibdi. Onlar da bizim kimi qarşılarına böyük hədəflər qoyublar.

- Bu görüşü sizin üçün xüsusi hesab etmək olar?
- Biz indi birinci yerdə gedirik. Liderliyi qorumaq üçün bu görüşdə qələbə qazanmağa borcluyuq. Bu baxımdan təbii ki, vacib qarşılaşmadı.

- "İnter" "Neftçi"ni nəyin sayəsində məğlub edə bilər?
- Fikrimcə, bizə sadəcə, öz oyunumuzu sərgiləmək lazımdı. Biz bu mövsüm layiqli şəkildə liderlik edirik. Amma əminəm ki, "Neftçi" də bizim əhvalımızı korlamağa çalışacaq.

- "Qarabağ" ehtiyatda qalan oyunu nəzərə alınmaqla, potensial liderdi. Bu, sizi narahat etmir?
- Xeyr. Bizim hələ onlarla üç oyunumuz var. Bu üzdən liderliyə görə narahat olmağa dəyməz. Bizə indi mümkün qədər diqqətli olmaq lazımdı ki, xal itkisi ilə üzləşməyək.

- "Simurq"la oyundakı xal itkisini unutmusuz?
- Bəli. Həmin oyunda biz daha yaxşı oynadıq və qələbə qazanmağa borclu idik. Bizim qol epizodlarımız "Simurq"la müqayisədə daha çox idi.

- Bombardirlər siyahısında sonadək ilk pillədə qalmaq sizin üçün nə dərəcədə vacibdi?
- Mənim üçün "İnter"in uğurlu çıxış etməsi daha vacibdi. Mənim neçənci yerdə olmağım ikinci dərəcəlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.