26 oktyabr 2014 11:15

Mirbağır İsayev: Növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq

U-17-lər arasında Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilmiş Azərbaycan - İsveçrə oyunundan sonra yığmamızın baş məşqçisi Mirbağır İsayev AFFA-nın saytına fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

“Belçika yığmasına məğlubiyyətdən sonra qarşımızdakı ən vacib məsələ futbolçuları növbəti oyuna psixoloji baxımdan hazırlamaq idi. Nə qədər çətin olsa da, müəyyən mənada bunun öhdəsindən gəlməyi bacardıq. İsveçrə futbolda kifayət qədər inkişaf yolu keçmiş ölkədi və İsveçrənin istər əsas millisi, istərsə də müxtəlif yaş qruplarından ibarət komandaları vaxtaşırı dünya və Avropa çempionatlarının final mərhələsində çıxış edir. Sevinirik ki, belə bir ölkənin təmsilçisinə qalib gəlməyi bacardıq. Bu qələbədə zəhməti olan, bunu arzulayan, bizə dəstək verən hər bir kəsi təbrik edirik. Əlbəttə, qələbədə də, məğlubiyyətdə də bütün komanda üzvlərinin payı və məsuliyyəti olur, kimisə fərqləndirmək düzgün olmazdı. Bununla belə, qapıçımızın oyununu xüsusi qeyd etməliyəm. Ötən oyunla müqayisədə bu dəfə qapıçı mövqeyində dəyişiklik etdik və və bu əvəzləmə öz bəhrəsini verdi. Qapıçımız bu gün komandanı dəfələrlə çox çətin vəziyyətlərdə xilas etməyi bacardı. Turnir hələ yekunlaşmayıb və son oyunda da uğurlu nəticə əldə edərək növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.