25 oktyabr 2014 14:45

Fərrux İsmayılov: Milli istənilən rəqibə müqavimət göstərə bilər

Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Fərrux İsmayılovun azerisport.az saytına müsahibəsi

- Berti Foqtsun istefasını necə qarşıladız?
- Bir halda ki, artıq istefa verib, ona uğurlar arzulayıram. Amma gedəndən sonra pis sözlər danışmağa başlaması yaxşı olmadı.

- Siz onun futbolçularımızı qeyri-peşəkarlıqda ittiham etməsini, pulu daha çox sevdiklərini deməsini nəzərdə tutursuz?
- Futbolçu pula görə oynayır, kiminsə qara gözünə aşiq olduğuna görə yox. Hər bir futbolçu öz qısa karyerasından maksimum yararlanmağa çalışır. Belə çıxır ki, Foqts altı il ərzində bu problemi görmürdü, gedən kimi gördü? Necə olur ki, altı il ərzində peşəkar olan futbolçular iki oyuna qeyri-peşəkar oldu? Foqts yığmamıza qeyri-ciddi yanaşırdı, ürəyi nə vaxt istəyirdi, onda da məşq keçirdi. Ürəyi isə Almaniyanın yanında idi. Sonra da qeyri-peşəkarlıqdan danışır.

- Yığmamız Norveçlə oyuna qədər Mahmud Qurbanova tapşırılıb. Sizcə, millimiz bu oyunda uğur qazana biləcək?
- Bu təyinat yaxşı amildi. Amma Mahmuda Foqtsa yaradılan şərait yaradılmalıdı. İnanın ki, yığmamız istənilən rəqibə qarşı mübarizə apara bilər. Niyə Norveçə qalib gəlməməliyik? Sadəcə, düzgün futbolçu seçimi etmək lazımdı.

- Sizcə, yığmamızın yeni baş məşqçisi yerli olmalıdı, ya əcnəbi?
- Mən yerli məşqçinin tərəfdarıyam. Ən yaxşı mütəxəssislərimiz Qurban Qurbanov, Şahin Diniyev, Yunis Hüseynov, Vaqif Sadıqov, Tərlan Əhmədov, Arif Əsədovdu. Onlara şans vermək və inanmaq lazımdı. Onlar azərbaycanlı futbolçuları çox yaxşı tanıyırlar. Amma mənə elə gəlir ki, yenə də əcnəbi mütəxəssis gətiriləcək.

- Sizcə, yığmamız altı il ərzində Foqtsla nəyə nail ola bildi?
- Əcnəbi mütəxəssislərdən yığmamıza yalnız Karlos Alberto Torres xeyir verib, Foqts yox. Almaniyalı yığmada heç nə etmədi.

- Bəs braziliyalı nə vermişdi ki?
- O, futbolçularımızın psixologiyasını yaxşılaşdırdı, yeni dəb gətirdi.

- Mahmud Qurbanov bəyan edib ki, legionerləri yığmamıza çağırmayacaq...
- Bunu eşitmişəm. Hazırda bizdə kim var, hamımız bilirik. Futbolçularımızın öz oyununu tapması üçün zamana ehtiyac var. Əgər hücum etməsək, necə qol vura bilərik? Norveçlə oyunda hücum etməliyik, bəsdi müdafiədə oturduq. Yalnız bu halda uğur qazana bilərik.

- "Qarabağ"ın "Dnepr" üzərindəki qələbəsi barədə nə deyə bilərsiz?
- Səhv etmirəmsə, oyuna qədər "Dnepr"in baş məşqçisi Miron Markeviç "Qarabağ" adlı komanda tanımadığını bildirmişdi. Qurban Qurbanov və yetirmələri sağ olsun ki, komandamızı onunla tanış etdilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.