25 oktyabr 2014 12:30

Qəbələ Kiyev Dinamosuna 4 cavabsız qol vurdu

“Qəbələ”  Futbol Akademiyası mövsümün ilk səfərinə start verib. Azerisport.az xəbər verir ki, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət  komanda Litvanın paytaxtı Vilnüsdə təşkil olunan “Ateitis Cup 2014” beynəlxalq turnirində mübarizəyə başlayıb.

Mehman Yunusovun  başçılıq etdiyi kollektiv Baltikyanı ölkədə oktyabrın 26-dək davam edəcək yarışın ilk günündə 3 matç keçirib. Turnirə uğurla başlayan komanda bu görüşlərdə 6 xal əldə edib.

U-15 ilk qarşılaşmasında “Feniks” (Kaunas, Latviya) komandası ilə görüşüb, 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” turnirə qələbə ilə başlamağı bacarıb. Qolları Kamran Quliyev və Fəqan Məsimov vurub. 2-ci turda Milli Futbol Akademiyası (Litva) ilə görüşən “Qəbələ” meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib. Növbəti qarşılaşmada “Dinamo” (Kiyev, Ukrayna) ilə üz-üzə gələn Yunusovun yetirmələri rəqibini böyükhesabla məğlub edib - 4:0. Kamran Quliyevin dubl etdiyi matçda Fəqan Məsimovla Eldost Qiyasbəyli hərəyə 1 dəfə fərqlənib.

Qeyd edək ki, B qrupunda çıxış edən “Qəbələ” sabah 13:50-də “Minsk”, 19:40-da “Orbita”nı sınağa çəkəcək. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.