25 oktyabr 2014 00:30

Vüqar Nadirov: Dneprlə Bakıdakı oyun daha çətin olacaq

"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi

- "Dnepr"lə oyun sizdə necə təəssürat yaratdı?
- "Dnepr"in güclü komanda olduğunu öncədən də bilirdik. Amma biz baş məşqçi Qurban Qurbanovun bütün tapşırıqlarını yerinə yetirə bildik və qalib gəldik.

- Baş məşqçinizin əsas tapşırığı nədən ibarət idi ki?
- Mərkəzi zonanı bağlamaq və rəqibi qapımıza yaxın buraxmamaq. Bir-birimizi sığortalamalıydıq. Bunu da etdik.

- Oyundan öncə sizi bir xalın da qane etdiyini deyirdiz...
- Səfərdə oynadığımıza görə əsas hədəfimiz məhz uduzmamaq idi. Amma qələbə bizi daha çox sevindirdi.

- Muarem Muarem qol vuranda ondan ötürmə gözləyirdiz və ya hiss edirdiz ki, özü fərqlənəcək?
- Elə alındı ki, o, bir hərəkətlə iki müdafiəçidən sıyrılıb qol vura bildik. Ötürmə gözləyirdim, amma həmin epizodda başa düşdüm ki, Muarem özü zərbə endirməyə hazırlaşır. Əsas odu ki, onda qol vurmaq alındı.

- Əlinizdən zədə aldığınız epizodda "Dnepr"in futbolçuları topu meydandan çıxarmadılar...
- Mənə elə gəlir ki, belə bir addım "Dnepr" kimi komandaya yaraşmadı. Biz heç vaxt elə hərəkət etmirik. Büdrəyəndə əlim altımda qaldı, ağrı hiss etdim. Amma rəqib futbolçular buna əhəmiyyət vermədilər. Onların heyətində hansısa futbolçu zədələnsəydi, bir topu dərhal meydandan uzaqlaşdırardıq.

- Bununla bağlı "Dnepr"in futbolçuları ilə danışdız?
- Bəli. Onlar da bildirdilər ki, bu, futboldu, belə şeylər olur.

- "Dnepr"in oyunçularından biri bu məğlubiyyəti xoşagəlməz adlandırıb...
- İstənilən məğlubiyyət xoşagəlməzdi. Onlar bizi yaxşı analiz etmişdilər. Amma biz hər şeyə rəğmən Kiyevə xal üçün getmişdik.

- Bakıdakı oyundan nə gözləyək?
- Bu komanda ilə cavab oyunumuz Kiyevdəkindən daha çətin olacaq.

- "Qarabağ" yenə ehtiyatlı oyuna üstünlük verəcək?
- Bunu indidən deyə bilmərəm.

- "Qarabağ"ın qrup mərhələsini ikinci pillədə bitirməsi nə dərəcədə realdı?
- Buna nail olmağı çox istəyirik. Ona görə də heç bir halda arxayınlaşmaq olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.