24 oktyabr 2014 18:40

Çixradze ilə 86-cı oyun

Oktyabrın 25-də “Simurq” Premyer Liqada növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, bu görüş komandanın baş məşqçisi Georgi Çixradzenin rəhbərliyi altında çempionatda 86-cı qarşılaşma olacaq.

2011-2012-ci il mövsümündə ardıcıl 5 məğlubiyyətdən sonra istefaya göndərilən Sergey Yuranın yerinə gürcü mütəxəssis təyin edilib. Georgi Çixradze Anatoli Piskovets, Viktor Pişev, Roman Pokora, Çokiça Haciyevski və Sergey Yurandan sonra “Simurq”un 6-cı baş məşqçisi olaraq klubun tarixinə düşüb.

O, təyin olunduğu mövsümdə komandanın təhlükəli zonadan uzaqlaşmasında böyük pay sahibi olub və “Simurq” 2011/12-ci il mövsümünü 9-cu pillədə başa vurub. Buna qədər Bakının “İnter” klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərən Georgi Çixradzenin rəhbərliyi altında Zaqatala təmsilçisi 9 matçda meydana çıxıb və yalnız 26-cı turda AZAL-a məğlub olub. Qalan səkkiz oyunda “sarı-qaralar” 3 qələbə və 5 heç-heçə sayəsində hesabına 14 xal əlavə edərək 1-ci diviziona düşməkdən xilas olub. Bu görüşlərdə “Simurq” rəqib qapısından 8 qol vurub, 6 dəfə isə meydana mərkəzdən başlamağa məcbur olub.

2012/13-cü il mövsümü Georgi Çixradzenin komandası üçün daha uğurlu olub. Onun rəhbərliyi altında Premyer Liqada növbəti 32 oyuna çıxan “Simurq”, bu qarşılaşmaların 12-də qələbə qazanıb, bir o qədər də heç-heçə edib. Yalnız səkkiz matçda meydanı xalsız tərk edən Zaqatala təmsilçisi sonda 48 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Bu nəticə həmçinin “Simurq”un tarixində ikinci ən yaxşı göstərici olaraq qeydə alınıb. Mövsüm ərzində Premyer Liqa matçlarında rəqib qapısına 32 qol vuran komanda doğma arenada keçirdiyi 16 qarşılaşmada səkkiz dəfə meydanı qalib, üç dəfə isə məğlub kimi tərk edib. Qalan matçlarda isə heç-heçə qeydə alınıb. Səfər matçlarında isə komandanın bu mövsümdə 4 qələbə və 7 heç-heçə sayəsində hesabına 19 xal yazdırıb. 

Georgi Çixradzenin “Simurq”u tarixində daha bir rekordu yeniləyib. Oktyabrın 4-də “Sumqayıt” üzərində qələbə ilə komanda ard-arda 8 turda məğlubiyyətin nə olduğunu bilməyib. Üstəlik bundan əvvəlki mövsümün də son 6 oyununda Zaqatala təmsilçisi gürcü mütəxəssislə meydanı xalsız tərk etməyib.

22-ci Azərbaycan çempionatında artıq hər kəs Georgi Çixradzenin rəhbərliyi altında “Simurq”un ən azı ötən uğuru yeniləcəyini gözləsə də, ancaq hər şey sonda istənilən kimi olmayıb. Onun rəhbərliyi altında Zaqatala təmsilçisi 2013/14-cü il mövsümündə Premyer Liqada daha 36 qarşılaşmada meydana çıxıb. Bu oyunların 11-də qələbəni qeyd edən komanda 13 qarşılaşmadan isə bir xalla ayrılıb. 12 görüşdə məğlub olan gürcü mütəxəssisin yetirmələri 46 xalla mövsümü 7-ci pillədə tamamlayıb. Bu qarşılaşmalar “Simurq” rəqib qapısından 35 qol keçirdib. Rəqiblər isə 28 dəfə "Simurq"u topu tordan çıxarmağa məcbur edib.

Cari mövsümdə isə “Simurq” hələ ki Georgi Çixradzenin rəhbərli altında Premyer Liqada 8 görüşdə meydana çıxıb. Bu qarşılaşmaların 3-də qalib gələn komanda 4-də məğlub, birində isə qolsuz heç-heçə edib. Hazırda gürcü mütəxəssisin yetirmələri 10 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Ümumilikdə isə, “Simurq” Georgi Çixradze ilə Premyer Liqada 85 görüşə çıxıb. Bu qarşılaşmaların 29-da qələbə qazanan komanda 21 oyundan bir xalla ayrılıb. Qalan matçlarda məğlub olan Zaqatala təmsilçisi gürcü mütəxəssisin rəhbərliyi dövründə rəqib qapısına 84 qol vurub. 68 dəfə isə meydanın mərkəzinə dəvət edilib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.