24 oktyabr 2014 16:50
Nadirov Xəzər Lənkəranla oyunu buraxa bilər
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Xəzər Lənkəran"la oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, o, ötən gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə qarşı oyunda zədələnib.
Bu üzdən də futbolçunun növbəti çempionat matçına qədər hazır olması sual altındadı.
