24 oktyabr 2014 16:40

Muarem Muarem: Dneprlə Bakıdakı oyun tam fərqli olacaq

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- "Dnepr"lə oyun barədə nə deyə bilərsiz?
- Çətin oyun keçdi. Çünki bizə qarşı Ukrayna çempionatının lideri oynayırdı. Amma biz bu görüşə ciddi hazırlaşmışdıq. Oyuna tam köklənərək Qurban Qurbanovun bütün tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Hələ oyundan öncə sizə demişdim ki, əsas hədəfimiz Kiyevdə uduzmamaqdı. "Dnepr"in yaxşı komanda olduğunu bilirdik. Amma biz də pis komanda deyilik. Çox şadam ki, qələbə qazana bildik.

- Rəqibin real qol vəziyyəti demək olar ki, olmadı...
- Çünki biz müdafiədə yaxşı oynadıq. Onlar sağ və sol cinahlardan çoxlu hücumlar qursalar da, "Dnepr"ə yüz faizlik qol imkanı vermədik.

- Qurbanovun "Dnepr"i yaxşı analiz etdiyini demək olar?
- Əlbəttə. Biz istənilən rəqibə qarşı öz oyunumuzu göstərməyə, rəqibin isə oynamasına mane olmağa çalışırıq. Ümid edirəm ki, bundan sonra da uğurlu çıxışımızı davam etdirə biləcəyik.

- Yəqin ki, bu qələbə sizin daha qiymətlidi, qələbə qolunu siz vurduz...
- Bəli, bu hissləri sözlə ifadə etmək çətindi. Bunu yaşamaq lazımdı. Bu qol bizi xeyli sakitləşdirdi və rahat oynamağa başladıq.

- Qol epizodunda Reynaldoya ötürmə verməyi düşünmədiz?
- Belə fikrim var idi. Amma onun yanında müdafiəçi vardı və ötürmə top itkisi ilə nəticələnə bilərdi. Etiraf edim ki, qarşımda iki müdafiəçi olduğunu dərhal anlamadım. Sadəcə, topu işlək ayağıma keçirib, zərbə vurdum. Şadam ki, qolla nəticələndi.

- Leroy Corc, Çumbinyo və Danilo Diasın olmaması hiss olunurdu?
- Əlbəttə, onların meydanda olması daha yaxşı olardı. Amma gənc futbolçularımıza da əhsən, onlar da çox çalışırlar.

- İkinci hissədə daha çox müdafiəyə diqqət yetirməyiniz nə ilə bağlıydı?
- Belə şeylər olur. Biz səfərdə oynayırdıq, həm də hesabda öndə idik. Belə oyunlarda ilk növbədə hesabı qorumaq daha vacib olur. Hava da yaxşı deyildi. Bizə üç xal qazanmaq daha çox lazım idi.

- Dubl etmək şansına malik olsaz da, yararlana bilmədiz...
- Hə. Reynaldo iki dəfə mənə ötürmə etdi, zərbə vurdum, amma qapıçı topu qaytardı. Əlbəttə, təəssüflənirəm. Amma nə etmək olar? Əsas qələbədi.

- Bakıda da qələbə qazana biləcəksiz?
- Allah eləsin. Buna çalışacağıq. Amma mənə elə gəlir ki, Bakıdakı oyun fərqli olacaq. Çünki Kiyevdə çox soyuq idi. Artıq 15-ci dəqiqədən sonra nəfəs almaq çətin idi. Buna alışmadığımıza görə çətin idi. Həm də Bakıdakı oyunda stadion tam dolacaq. Arenanın qazonu da yaxşıdı. Fikrimcə, hər şey yaxşı olacaq.

- Sizcə, "Qarabağ"ın qrupdan çıxmaq şansı var?
- Öz oyunumuzu sərgiləsək, rəqibə qarşı düzgün taktika qursaq, hər şey bizim xeyrimizə nəticələnə bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.