24 oktyabr 2014 15:45

Fedetski: Qarabağ ilə oyunda bizə hətta Messiylə Ronaldo da kömək edə bilməzdi

Ukraynanın "Dnepr" klubunun müdafiəçisi Artyom Fedetski Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:

"Əlbəttə, faciəvi oynadıq. Əks-hücumda qol buraxdıq. "Qarabağ"ın müdafiədən oynayacağını bilirdik. Elə də oldu və bizi əks-hücumlarda yaxalamağa çalışdılar. İkinci hissədə biz məğlubiyyətdən qaçmağa çalışsaq da, qatar artıq getmişdi, gec idi. Hücumlar qursaq da, təhlükəli vəziyyətlər yarada bilmirdik.

Bu gün hətta Messi ilə Ronaldo da bizə kömək edə bilməzdi. Amma Zozulya olsaydı, 3 qol vurardı. 3:0 hesabıyla qalib gəlməyimiz normal olardı.

Avroliqada niyə qol vura bilmədiyimizi anlamıram. Baxmayaraq ki, çempionatda çoxlu qol vururuq. Avroliqada isə ardıcıl üçüncü oyunumuzu qolsuz keçirdik. "Qarabağ"ı yaxşı öyrənmişdik, onların "İnter" və "Sent-Etyen"ə qarşı necə oynadığından xəbərimiz vardı. Bizim məşqçilər bu komandanı yaxşı analiz etsə də, əks-hücumda qol buraxdıqdan sonra vəziyyəti düzəldə bilmədik.

"Qarabağ"ın xətrinə dəymək istəməzdim, amma bundan öncə qalib gəldiyimiz "Çernomorets" onlardan iki baş üstündü. "Çernomorets"ə də uduzduğumuz halda onları ikinci hissədə tam bağladıq və qələbə qazandıq. "Qarabağ"la oyunun ikinci hissəsində onları da meydanın rəqibə aid hissəsində bağlamışdıq. Amma qol vurmağı bacarmadıq.

Bu gün stadionda 3 min azarkeş vardı, onların da 2800-ü "Qarabağ" fanatları idi. Gülməlidi. Fikrimcə, Obolonda və ya Dinamoda oynasaydıq, daha yaxşı olardı, "Olimpiya" stadionunda oynayanda sanki özümüzü toplanışda hiss edirik. Elə bil ki, yoxlama oyunundaydıq.

Artıq Bakıdakı oyuna hazırlaşmalıyıq. Başa düşürük ki, orada anşlaq olacaq. "Qarabağ" qrupdan çıxmaq üçün əlindən gələni edəcək. Öz azarkeşləri qarşısındakı oyunda bu qələbənin təsadüfi olmadığını isbatlamağa çalışacaqlar.

Mümkündü ki, Bakıda dolu tribunalar qarşısında oynamaq bizim üçün daha yaxşı oldu. Bu məğlubiyyətin ədalətsiz olduğunu göstərməliyik. Bunu isə sözdə yox, meydanda isbatlamalıyıq. Heç-heçə heç kimə sərf etməyəcək. Bizim bir xalımız var, qarşıda isə cəmi üç oyun var. Bizdən asılı olan hər şeyi edəcəyik ki, pley-off mərhələsinə vəsiqə qazanaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.