24 oktyabr 2014 13:00

Markeviç: Qarabağ nəsə etməyimizə imkan vermədi

Ukrayna “Dnepr”inin baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis evdəki (Kiyev) 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

- Belə təəssürat yarandı ki, “Dnepr”in futbolçuları Avropa Liqasından çox çempionatı düşünür...
- Komandam çempionata daha yaxşı köklənir, amma Avropa Liqası... Ola bilər ki, bu evdə oynamamağımızla da bağlıdı. Belə geniş stadionda boş tribunalar qarşısında oynayırıq. Əlbəttə ki, belə olmağını istəməzdik. “Qarabağ” qalib gəlməyi daha çox istədi.

- Bakıdakı oyunda “Dnepr”in şansını necə dəyərləndirirsiz?
- Bakıdakı oyuna kimi “Dinamo” ilə kubok matçımız var. Bunlar bizim üçüçn önəmli matçlardı. Bakıya gedəndə görək necə olacaq.

- “Qarabağ”la bağlı sizdə necə təəssürat yarandı? Bu komandanı hansı klubla müqayisə edərdiz?
- Bir oyundan sonra belə müqayisə aparmaq çətindi. Onların yaxşı təşkil olunmuş komandası var. Onu deyə bilərəm ki, bu gün ən pis oyunumuzu göstərdik. “Qarabağ” müdafiədə çox yaxşı oynadı və nəsə etməyimizə imkan vermədi. Onlar yaxşı imkanlar yaratdı. Bu komandadan xoşum gəldi.

- Ola bilər ki, rəqibə lazımı dəyəri vermədiz?
- Ola bilər. Baxmayaraq ki, “Qarabağ” yaxşı komanda olduğunu göstərdi, yenə də lazımı diqqəti göstərə bilmədik. Onlar “Sent-Etyen”i də udmalı idi.
 
- Niyə komanda şəklində oynaya bilmədiz?
- Soyunub-geyinmə otağında onlara (futbolçularıma) dedim ki, komanda şəklində oynaya bilmirsiz. Bunun üzərində çalışacağıq.

- Oyun zamanı futbolçularınız feyr-pley qaydalarına əməl etmədilər. Bunu necə şərh edərdiz?
- Əgər orada ciddi zədəli olsaydı, dərhal diqqət edərdilər. Oyunçu yıxılır, hakimə baxırlar. Əgər o, oyunu dayandırmırsa, davam edirlər. Həmin vaxt “Qarabağ”ın futbolçuları da topu kənara vurmadı. İdmanda mübarizə olmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.